Natiq Cəfərli () — Azərbaycan iqtisadçısı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri.

Həyatı 1972-ci ildə Bolnisi rayonunun Babakişilər kəndində doğulmuşdur. Natiq Cəfərli 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. O, 1996-2005-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirmişdir.

Siyasi fəaliyyəti 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi olmuş, hazırda isə Respublikaçı Alternativ Partiyasının icraçı katibi olmuşdur.

6 noyabr 2023-cü il tarixində Respublikaçı Alternativ Partiyasının II Qurultayı keçirilmişdir. Qurultayda partiyanın nizamnamə və proqramı "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğunlaşdırılaraq səsverməyə çıxarılmış və qəbul edilmişdir. Qurultayda Partiya Siyasi Komitəsinə 8 üzv seçilmişdir. Partiya Siyasi Komitəsinin 20 noyabr 2023 tarixli iclasında İlqar Məmmədov Siyasi Komitənin sədri, Mahmud Məmmədov və Natiq Cəfərli isə partiya katibi seçilmişdir.

İstinadlar

Xarici keçidlər

REAL Siyasi Komitə üzvləri

Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin üzvləri