thumb| Purus () — Amazon çayının sağ qolunu təşkil edən və uzunluğu 3200 km olan çay. Çayın mənbəyi Perunun And dağlarının şərq ətəklərindən başlayır. Sonradan Braziliya ərazisinə keçərək Amazon düzənliyinə keçir. Yağışlar mövsümündə çay daşır. Gilli sahilləri asanlıqla yuyulur. Mənsəbə 2000 km qalmış dərinliyi 15 metrə çatır. Mənsəbdə hündürlük okean səviyyəsindən 33 metrdə yerləşir. Bu səbəbdən çay gəmiçilik üçün əlverişlidir. Burada astanalara rast gəlinmir.

Hövzəsinin sahəsi 365 min. km², orta su sərfiyyatı 8,4-12,6 min. m³/s.

Purus çayının ən böyük qolu Akri çayıdır.

İstinadlar

Mənbə Purus çayı Purus çayı haqqında

Kateqoriya:Akri çayları Kateqoriya:Peru çayları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Amazonas (Braziliya ştatı) çayları Kateqoriya:Cənubi Amerikanın beynəlxalq çayları