thumb|Poster. Personajlar: ortada Subaru Natsuki, aşağı sağ küncdə Felt, aşağı sol küncdə Beatris, yuxarı sol küncdə Emiliya və pişik formasındakı dostu Pak, yuxarı sağ küncdə Ram (çəhrayı saçlı) və Rem (göy saçlı). "Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır.
Anime adaptasiyası Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir. Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktorudur.
25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları, eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır. Anime OVA-sı anons edilmişdir.
Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır.
8 aprel 2016-cı ildən iyun ayının sonunda qədər anime serialının hər seriyasından sonra AT-X kanalında personajların super biçimsiz olduğu və "Re:Zero" dünyasının necə işlədiyindən söz açan və Studio Puyukai tərəfindən istehsal olunmuş adlı qısa anime seriyaları nümayiş etdirilmişdir. 24 iyun 2016-cı ildə adlı yeni qısa anime seriyaları yayımlanmağa başlamışdır. Hər iki mini-anime Crunchyroll vasitəsilə yayımlanmışdır.
23 mart 2019-cu ildə ikinci mövsüm anons edilmişdir. 2020-ci lin aprelində yayımlanması planlaşdırılsa da, pandemiya səbəbilə ikinci mövsüm 8 iyulda yayımlanmağa başlamışdır. Yeni mövsümün ikinci hissəsi 2021-ci ilin yanvarında yayımlanacaq.
Seriya siyahısı I mövsüm (2016)
№ Başlıq Rejissor Ssenarist Yayım tarixi İst.
II mövsüm (2020-21)
№ Başlıq Rejissor Ssenarist Yayım tarixi İst.
Speşllar Re:Zero Radio № Məzmun Orijinal buraxılış tarixiMüddət 1Verilişin 1-8-ci seriyaları27 iyun 201623 dəq. 2Verilişin 9-16-cı seriyaları28 sentyabr 201657 dəq.3Verilişin 17-24-cü seriyaları30 noyabr 201615 dəq.4Verilişin 25-33-cü seriyaları29 mart 201752 dəq.
Re:Zero - Starting Break Time From Zero № Personajlar Yayım tarixi
Re:PETIT - Starting Life in Another World from PETIT № Başlıq Personajlar Yayım tarixi
Qeydlər
İstinadlar
Xarici keçidlər
Re:ZERO -Starting Life in Another World- Crunchyroll-da
Kateqoriya:Anime seriyalarının siyahıları