() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası İlk dəfə F.B.Fişer tərəfindən qeydə alınmışdır. Dəniz səviyyəsindən 400-1200 m hündürlükdə Uzaq Şərqdə dağ yamaclarında, Kamçatkada, Saxalində, Şimali Amerikada və Balkan dağlarında bitir. Çox vaxt qarışıq əkinlər əmələ gətirir. Ayan küknarı mənşəyinə görə çox qədim növdür. Hündürlüyü 40-50 m olan düz gövdəli, gözəl ağacdır. Çətiri düz, konusvarı, ucu bizdir. Gövdəsi tünd boz, hamar qabıqlıdır, yaşlaşanda yumrular şəklində tökülür. Digər növlərdən uzunluğu 1 sm-ə qədər olan hamar iynəyarpaqlarla fərqlənir. Uzunluğu 2 sm olan iynəyarpaqları hmaar, dişli, bir az əyri, ucu qısa, bizşəkilli, üstü tünd-yaşıl, alt tərəfi göyümtüldür. Zoğlara sıx bitişikdir, açıq sarı-qonur və ya sarı-yaşıldır. Qozaları açıq-qonur, oval-silindrik, uzunluğu 6,5 sm-ə qədərdir. Toxumları sentyabrın ortalarında yetişir. Qışa və kölgəyədavamlıdır. Cavan yaşda yaz günəşi yanıqlarına məruz qalır. Hava rütubətinin dəyişməsinə kəskin reaksiya verir, torpağa tələbkardır, bataqlaşmaya, torpağın tapdanmasına və kökətrafının bərkiməsinə dözmür. Cavanlıqda yavaş, sonradan orta səviyyədə böyüyür. Tuqay meşələrinə daxil olan qədim cinslərdən sayılır. Abşeronda və bir çox bölgələrdə tək və qrup əkinlərində məədni şəraitdə becərilir. Meşə-park əkinləri üçün qiymətli cinsdir. Səsin səviyyəsini effektiv azaldır. Mavi-göyümtül iynəyarpaqları olan bitkilərlə birlikdə qruplarla əkilir. Tozağacı və digər yarpaqlı cinslərin fonunda gözəl görünür.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Çin ağacları Kateqoriya:Yaponiya ağacları Kateqoriya:1842-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası