Tamani () — Avstraliyanın şimalında yerləşən daşlı-qumlu səhra. Sahəsi 292 194 km² təşkil edir. Səhra XX əsrə qədər avropalılar tərəfindən az öyrənilmişdir.
Coğrafiyası Tamani səhrası Şimal ərazisi və Qərbi Avstraliya ərazilərini əhatə edir. Səhradan şimal-şərqdə Alis-Sprinqs şəhəri, qərbdə isə Böyük Qumlu səhra yerləşir.
Avstraliyanın mərkəz səhralarına xas iqlimə və relyefə malikdir. Əsasən Triodia cinsinə aid bitkilər geniş yayılmışdır. Dyunlara, qum düzənliklərinə, duz göllərinə və quruyan bataqlıqlara rast gəlinir. İqlimi yarımsəhradır. Yağıntının 75—80 % yay ayları (oktyabr-mart) düşür. İl ərzində yağıntının miqdarı 429,7 mm təşkil edir. Bu isə səhra üçün böyük rəqəmdir. Güclü buxarlanma sayəsində yağıntı yoxa çıxır. Hətta 7,6 mm buxarlanma yüksək olur. Yay ayları temperatur 36—38 °C, gecə isə — 20—22 °C təşkil edir. Qışda 25 °C, gecə 10 °C.
2007-ci ilin aprelində dəhra ərazisində Şimali Tamani aborigenlərinin qorunan ərazisi () elan edilmişdir. Buranın sahəsi 4 milyon ha təşkil edir. Burada səhra fauna və florasının böyük qismi yaşayır.
Tarixi Səhraya ilk araşdıran avropalı Cefri Rayan () olmuşdur. O, səhranı 1856-cı ildə tətqiq etmişdir. Səhraya ilk ayaq basan avropalı isə Allan Davidson () olur özünün 1900-cu ildəki ekpedisiyası zamanı xəritəyə Qızıl yataqlarının yerini belə salmışdır.
Əhali Bölgədə əsasən yeri aborigenlər yaşayır. Onlar arasında Varlpiri () və Gurindji () qəbilələri üstünlük təşkil edir. Nisbətən iyi yaşayış məntəqələri: Tennant Krik () və Vauçoup ().
Səhradan qızıl hazil edilir. Son zamanlar isə turizm inkişaf etdirilir.
İstinadlar
Xarici keçidlər Caring for biodiversity in the Tanami Northern Tanami Australian Government. Biodiversity Assessment — Tanami
Kateqoriya:Avstraliya səhraları