Kolbeyn Siqtorsson (; ) — İslandiyalı futbolçu, Fransanın "Nant" klubunun və İslandiya yığmasının hücumçusu. İslandiya yığması tarixində Eydur Qudyonsendən sonra ikinci ən məhsuldar futbolçu.
Klub karyerası Kolbeyn futbolçu karyerasına yerli "Vikinqur" klubunda başlayıb. 2003-cü ildə, 13 yaşında olarkən "Koupavoqs" komandasına keçib, 2006-cı ildə bu klubun heyətində debüt edib. O klubda beş oyun keçirib və bir qol vurub. Tezliklə o, avropa nəhənglərindən sayılan "Real Madrid" və "Arsenal"ın diqqət mərkəzinə düşüb, sonuncu ilə iki dəfə danışıqlar aparılsada, yekunda Niderlandın "AZ Alkmaar" klubuna keçməyi üstün tutub.
2007-ci ildə o, Niderland komandasına keçdi, ancaq əsas komandanın heyətində yalnız 2010-cu ildə oynamağa başladı (qabaqca ona aldığı ardıcıl zədələr mane olurdu). 5 avqust 2010-cu ildə Avropa Liqasında "Göteborq"la oynanılan görüşdə klubun heyətində debüt edib. İlk qolunu 29 avqust 2010-cu ildə Niderland birinciliyi çərçivəsində Rotterdamın "Ekselsior" klubunun qapısına vurub. 29 yanvar 2011-ci ildə "VVV-Venlo"ya qarşı oynanılan görüşün ilk hissəsində het-trik etmiş Kolbeyn, ikinci hissədə rəqib qapısından daha iki qol keçirərək bir oyunda beş top vurmuşdur. Vacib oyunlarda qollar vurduğundan, "AZ Alkmaar" Kolbeynə yaxşı müqavilə şərtləri təklif edərək onu komandada saxlamağa çalışırdı, lakin futbolçu bundan imtina edirdi. Kolbeyni Dortmund "Borussiya"sı, "Nyukasl Yunayted" və Amsterdam "Ayaks"ı izləyirdi. Yekunda o "Ayaks"ı seçdi. Əvvəlcə o, klubda çıxış etməyə razı idi, lakin keçid yalnız qiymətdəki fikir ayrılığı üzündən ləngidi (əvvəlki qiyməti iki milyon avro idi).
4 iyul 2011-ci İldə klublar Kolbeynin keçidi ilə bağlı razılığa gəliblər. "Ayaks" Kolbeynə görə "AZ Alkmaar"a 4 milyon yarım avro vəsait ödəyib. Kolbeyn müsahibəsində, Dennis Berqkamp və Frank de Burun klubunda oynamağı arzu edirdim deyib. "Brondbü" ilə oynanılan yoldaşlıq görüşünün 38-ci dəqiqəsində klubun heyətində ilk qolunu vurub. Rəsmi oyundakı ilk qolunu isə, 30 iyul 2011-ci ildə, Niderland superkuboku uğrunda oynanılan görüşdə "Tvente" komandasının qapısına vurub, bu qola baxmayaraq klubu 1:2 hesabı ilə məğlub olub. Kolbeyn Niderland çempionatında ilk qolunu, 14 avqust 2011-ci ildə, Amsterdam Arenada "Heerenveen" klubuna qarşı oynanılan görüşdə vurub, bu görüşdə "Ayaks" rəqibini 5:1 hesabı ilə məğlub edib. Bir həftə sonra "VVV Venlo" komandasına qarşı keçirilmiş oyunda bir daha fərqlənib. "Vitess" ilə oynanılan görüşdə isə dubl edərək 4 oyunda 4 qol vurmuş olub.
2 iyul 2015-ci ildə 3 milyon yarım avro qarşılığında "Ayaks"dan Fransanın "Nant" klubuna transfer edilmişdir.
Milli komanda karyerası 2010-cu ildən yığmada çıxış edir. İlk oyununu 21 mart 2010-cu ildə yoldaşlıq oyunu çərçivəsində Farer adaları yığmasına qarşı keçirmişdir. 2010-cu ildən etibarən hər il yığmada qol vurub. İslandiya yığması tarixində Eydur Qudyonsendən sonra ikinci ən məhsuldar futbolçudur.
Milli komandada vurduğu qollar
№TarixYerRəqibHesabNəticəYarış121 Mart 2010 Koupavoqyur, İslandiya2–02–0Yoldaşlıq oyunu229 May 2010 Reykyavik, İslandiya4–04–0317 Noyabr 2010Tel-Əviv, İsrail2–32–346 Sentyabr 2011Reykyavik, İslandiya1–01–0UEFA Avropa Kuboku 2012 seçmə mərhələ527 May 2012Valensiyen, Fransa2–02–3Yoldaşlıq oyunu630 May 2012Göteborq, İsveç1–22–3715 Avqust 2012Reykyavik, İslandiya1–02–082–0914 Avqust 20131–01–0106 Sentyabr 2013Bern, İsveçrə2–44–4FİFA Dünya Kuboku 2014 seçmə mərhələ1110 Sentyabr 2013Reykyavik, İslandiya2–12–11211 Oktyabr 20131–02–01315 Oktyabr 2013Oslo, Norveç1–01–11430 May 2014İnsbruk, Avstriya1–11–1Yoldaşlıq oyunu154 İyun 2014Reykyavik, İslandiya1–01–0169 Sentyabr 20143–03–0UEFA Avropa Kuboku 2016 seçmə mərhələ1712 İyun 20152–12–11810 Oktyabr 20151–02–21929 Mart 2016Pirey, Yunanıstan3–23–2Yoldaşlıq oyunu206 İyun 2016Reykyavik, İslandiya1–04–02127 İyun 2016Nitsa, Fransa2–12–1Avropa Kuboku 2016223 İyul 2016Paris, Fransa1–42–5
Karyera statistikası
Klub
Klub çıxışı Liqa Kubok Beynəlxalq Digər Cəmi Mövsüm Klub Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol İslandiya Liqa İslandiya Kuboku Avropa Digər Cəmi2006Koupavoqs1. deild karla5100000051 Niderland Liqa KNVB Kuboku Avropa Digər Cəmi2010–11AZ Alkmaar FKErediviziya321520930043182011–12Ayaks1470020101772012–131572220102092013–14301041701142122014–15217004010267 Fransa Liqa Fransa Kuboku Avropa Digər Cəmi2015–16NantLiqa 1263310000294Cəmiİslandiya5100000051Niderland11246832434114853Fransa263310000294 Karyera cəmi143501142434118258
Əvəzedici heyət Klub çıxışı Liqa Cəmi Season Club League Oyun Qol Oyun Qol Niderland Liqa Cəmi2014–15Yonq AyaksEerste Diviziya1010 Cəmi Niderland1010 Karyera cəmi1010
Milli komanda
Milli KomandaİlOyunQolİslandiya milli komandası201053201131201234201395201473201582201694Cəmi4422
Mükafatları Klub
Ayaks Erediviziya (3): 2011–12, 2012–13, 2013–14 Niderland superkuboku (1): 2013
İstinadlar
Xarici keçidlər
KSI saytında səhifəsi Soccerbase saytında statistika
Kateqoriya:İslandiya futbolçuları Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:AİK FK futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Yonq Ayaks futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Nant FK futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Göteborq FK futbolçuları Kateqoriya:AZ Alkmaar FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Futbol hücumçuları