— Yaponiyanın Saytama şəhərinin Omiya rayonunu təmsil edən və futbol üzrə Yaponiya çempionatında çıxış edən peşəkar futbol klubu. Saytama şəhərini çempionatda təmsil edən digər futbol klubu "Urava Red Daymonds" klubudur. Klub Yaponiya çempionatına ilk dəfə 2004-cü ildə aşağı divizyonda 2-ci yeri tutduqdan sonra yüksəlmiş və 2014-cü ilə qədər aşağı divizyona düşməmişdir. 2014-cü ildə aşağı divizyona düşmüş, lakin 2015-ci ildə birinci yeri tutaraq yenə elitaya qayıtmışdır.

Klub ev oyunlarını keçirir. Bu stadion Omiya Park Futbol Stadionu kimi də tanınır. Tutumu 15.500 nəfərdir.

Tarix Klub əslində 1964-cü ildə keçmiş Urava şəhərində qurulmuşdu. 1969-cu ildə NTT Kanto Futbol Klubu adı ilə tanınmağa başlamışdır. 1987-ci ildə ilk dəfə Yaponiya ikinci divizyonuna yüksəlmişdir. Klub daha sonra Yaponiya futbol piramidasında ikinci yerdə olan Yaponiya Futbol Liqasına qatılmışdır.

1998-ci ildə klub NTT İdman Cəmiyyəti ilə birləşmişdir. "Ardiya" sözü ispan dilində "sincab" mənasını verən "ardilla" sözündən yaranmışdır. Sincab Omiyanın və klub ev oyunlarını keçirdiyi stadionun yerləşdiyi parkın talismanı hesab olunur.

Klubun "Urava Red Daymonds" klubuna qarşı keçirdiyi oyunlar "Saytama derbisi" kimi tanınır.

2005-2007-ci illərdə əsas stadionunda aparılan genişləndirmə işlərinə görə klub ev oyunlarını Saytama 2002 stadionunda və Urava Komaba stadionunda keçirmişdir. 2007-ci ilin oktyabrında genişləndirmə işləri başa çatmışdır. 11 noyabr 2007-ci ildə stadionun yenidən açılış oyununda Yaponiya çempionatı çərçivəsində "Omiya Ardiya" və "Oita Trinita" (1:2) klubları üz-üzə gəlmişdirlər.

Yaponiya çempionatında çıxışı Mövsüm Div. Kom. YerTamaşaçıCey-liqa kubokuİmperator kuboku1999J21062,6741-ci mərhələ3-cü mərhələ2000J21143,4771-ci mərhələ3-cü mərhələ2001J21253,8641-ci mərhələ1-ci mərhələ2002J21265,266–4-cü mərhələ2003J21265,058–3-cü mərhələ2004J21226,108–5-ci mərhələ2005J118139,9801/4 finalYarımfinal2006J1181210,234qrup5-ci mərhələ2007J1181511,465qrup4-cü mərhələ2008J118129,350qrup5-ci mərhələ2009J1181313,707qrup3-cü mərhələ2010J1181211,064qrup4-cü mərhələ2011J1181312,2212-ci mərhələ2-ci mərhələ2012J1181310,637qrup4-cü mərhələ2013J1181411,138qrup2-ci mərhələ2014J1181610,811qrup1/4 final2015J22219,490–3-cü mərhələ2016J118 Legenda Kom. = Komandaların sayı Yer = Liqada tutduğu yer Mənbə: Cey-liqa Verilənlər Bazası

Baş məşqçilər

Takaşi Şimizu (1992–1996) Norio Sasaki (1997–1998) Pim Verbeek (1998–1999) Toşiya Miura (2000–2001) Henk Duut (2001–2002) Masaaki Kanno (2003) Eycun Kiyokumo (2003) Toşiya Miura (2004–2006) Robert Verbeek (2007) Satoru Sakuma (2007) Yasuhiro Hiquçi (2008) Çan Voe-Ryon (2009–2010) Cun Suzuki (2010–2012) Takeyuki Okamoto ‡ (2012) Zdenko Verdenik (2012–2013) Takeyuki Okamoto ‡ (2013) Tsutomu Oqura (2013) Kiyoşi Okuma (2014) Hiroki Şibuya (2015– )

‡ müvəqqəti baş məşqçiləri göstərir.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı Rəsmi saytı

Kateqoriya:Omiya Ardiya FK Kateqoriya:Yaponiya futbol klubları Kateqoriya:1969-cu ildə yaradılmış futbol klubları