Xorvat ensiklopediyası () — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur.

Ümumi baxış Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir.

1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur.

Cildlər Cildin nömrəsiBaş redaktorİlSəhifələr I. : A – Bd Dalibor Brozoviç 1999 674 II. : Be – Da 2000 723 III. : Da – Fo 2001 722 IV. : Fr – Ht 2002 753 V. : Hu – Km Avqust Kovaçek 2003 725 VI. : Kn – Mak 2004 786 VII. : Mal – Nj 2005 814 VIII. : O – Pre Slaven Ravliç 2006 773 IX. : Pri – Sk 2007 842 X. : Sl – To 2008 830 XI. : Tr – Ž 2009 859 Ümumilikdə 9272 səhifə, 67.077 məqalə, 1.059.000 sətir mətn nəşr olunmuşdur. Ensiklopediyanın hazırlanmasında 1070 müəllif iştirak etmişdir. İndividual cildlər 20-30 Leksioqrafiya İnstitutu əməkdaşının və 300-400 nəfərin birgə məhsuludur.

İstinadlar

Xarici keçidlər Xorvat ensiklopediya - Onlayn nəşr

Kateqoriya:Xorvatiya ensiklopediyaları Kateqoriya:Xorvatiya veb-saytları Kateqoriya:Onlayn ensiklopediyalar Kateqoriya:1999-cu ildə yarananlar Kateqoriya:XX əsrin ensiklopediyaları Kateqoriya:XXI əsrin ensiklopediyaları Kateqoriya:2013-cü ildə yaranan saytlar