Ramiz Almazov (; d. 11 aprel 1960, Dəllər, Başkeçid rayonu) — Rusiya Daxili xidmət general-leytenantı.
Həyatı Ramiz Çoban oğlu Almazov 11 aprel 1960-cı ildə qədim Borçalı mahalının Başkeçid rayonunun Dəllər (Dağ Dəlləri) kəndində anadan olub.
DİN-nin Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. Xakasiya Respublikasında DİN-nin islah-əmək müəssisələri Penitisiar xidmətinin rəisi, Rusiya Ədliyyə Nazirliyinin Xakasiya Respublikası üzrə idarə rəisinin müavini, 2003-2011-ci illərdə Tıva Respublikası üzrə Federal Penitensiar Xidmətin Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Ramiz Almazov 17 dekabr 2011-ci ildən Samara vilayətinin Federal Penitensiar Xidmət Baş İdarəsinin rəisi təyin edilib və indiyədək general-mayor rütbəsi ilə bu vəzifədə çalışırdı.
2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin Fərmanı ilə Daxili xidmət general-leytenantı rütbəsinə layiq görülüb..
Ailəsi Evlidir, bir oğlu, bir qızı var.
İstinadlar
Xarici keçidlər Сайт УФСИН России по Самарской области
Kateqoriya:Borçalıda doğulanlar