2017 Avroviziya Mahnı Müsabiqəsi (; ) — 62-ci Avroviziya Mahnı Müsabiqəsidir. Camalanın ifa etdiyi "1944" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2017-ci ildə Ukrayna müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində, Kiyev Beynəlxalq sərgi mərkəzində "Fərqliliyi qeyd edək" () şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2017-cı ilin 9 və 11 may, final isə 13 may tarixində baş tutmuşdur.

2017-ci ildə bir illik fasilədən sonra Portuqaliya və Rumıniya müsabiqəyə geri dönmüşdür. Bosniya və Herseqovina isə maliyyə problemləri səbəbindən Kiyevdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Rusiya təmsilçisi Yuliya Samoylovanın Rusiyanın Krımı zəbt etməsindən sonra 2015-ci ildə Krım yarımadasının Kerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoyulmuşdur. Rusiyaya Kiyevə digər bir təmsilçi göndərmək şansı verilsə də, 13 aprel 2017-ci il tarixdə Pervıy Kanal Rusiyanın Kiyevdə baş tutan müsabiqədə iştirak etməyəcəyini elan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2017-də Portuqaliya təmsilçisi Salvador Sobral ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 758 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1964-cü ildə qoşulan Portuqaliyanın Avroviziyada ilk qalibiyyəti idi. 2017-ci ildə müsabiqəni televiziya vasitəsilə 182 milyon tamaşaçı izləmişdir.

Keçirildiyi yer

2016-cı ildə Camalanın "1944" mahnısı ilə Ukraynaya qələbə qazandırmasının ardınca müsabiqə Ukraynanın paytaxtı Kiyevdə Kiyev Beynəlxalq sərgi mərkəzində keçirilmişdir. Kiyev Beynəlxalq sərgi mərkəzi eyni anda 13,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir.

Tender mərhələsi 18 may 2016-cı il tarixdə Ukraynanın milli televiziya kompaniyası NTU-nun rəis müavini, eyni zamanda Ukraynanın Avroviziya üzrə Nümayəndə heyətinin rəhbəri olan Viktoriya Romanova NTU ilə Avropa Yayım İttifaqı (AYİ) arasında ilk təşkilatı görüşün 8 iyun tarixində baş tutacağını bildirmişdir. Bu görüşdə müsabiqə üçün lazım olacaq texniki tələblər və müsabiqəyə ev sahibliyi edəcək şəhərə qoyulacaq tələblər barədə müəyyən müzakirələr aparılır. Viktoriya Romanova eyni zamanda müsabiqəyə ev sahibliyi edəcək olan şəhər və arenanın yay fəsli ərzində elan olunacağını bildirdi.

Ev sahibi ola biləcək şəhərlər üçün aşağıdakı meyarlar vurğulanmışdır: Arena minimum 7,000 nəfər tamaşaçını qəbul etməli, ideal şəkildə isə 10,000 nəfər tamaşaçını qəbul etməyə hazır olmalıdır. Arenanın tavanı olmalıdır. Beynəlxalq mətbuat mərkəzi minimum 1,550 nəfər dünyanın müxtəlif yerlərindən olan jurnalist heyətini qəbul etməlidir. Ev sahibi şəhər ölkənin əsas beynəlxalq aeroportuna yaxın olmalıdır. Arenada qonaqları qarşılamaq və yola salmaq məqsədilə ən azı 3,000 könüllü şəxslər olmalıdır. Arenanın yaxınlığında uyğun sayda və böyüklüyə malik otellər olmalıdır. Namizəd şəhərlər namizədlik çərçivəsində Ukraynanın və eyni zamanda şəhərlərin qonaqpərvərliyini, özünəməxsus özəlliklərini, mədəni dəyərlərini təqdim etmək məqsədilə sosial proqramlar tərtib etməlidirlər.

NTU və Ukrayna dövləti müsabiqəni keçirməkdə maraqlı olan şəhərlər üçün rəsmi olaraq tender mərhələsini 23 iyun tarixində açıq elan etdilər. Ev sahibi olacaq şəhərin seçimi dörd mərhələdən təşkil olunmuşdur: 24 iyun - 8 iyul: Namizədliyə maraqlı olan şəhərlər tender mərhələsinə qoşulmağa dəvət edildi. 8 - 15 iyul: NTU və dövlət tərəfindən təyin olunan Yerli Təşkilatı Komitəyə başçılıq edən Ukraynanın Baş naziri Vladimir Qroysman rəsmi təqdimat məqsədilə namizəd şəhərləri siyahısını birlikdə nəzərdən keçirib, yalnız 6 şəhərin (Dnepropetrovsk, Herson, Kiyev, Lvov, Odessa, Xarkov) namizədliklərini qəbul etdilər. 18 - 22 iyul: Namizəd şəhərlərə Yerli Təşkilatı Komitə tərəfindən baxış keçirildikdən sonra AYİ-nə yalnız 3 şəhərin (Dnepropetrovsk, Kiyev, Odessa) adını təqdim etdilər. 22 iyul - 1 avqust: AYİ və Yerli Təşkilatı Komitənin təmsilçiləri tərəfindən 3 namizəd şəhərin infrastrukturası və müsabiqənin keçirilməsi üçün hər bir şərait dəqiqliklə baxışdan keçirildi. Tender mərhələsinin nəticələri və ev sahibi şəhərin adı açıqlanması üçün mətbuat konfransı baş tutmalı idi, lakin daha sonra bu elanın təxirə salındığı ilə bağlı açıqlama verildi.

10 avqust 2016-cı il tarixində NTU-nun rəhbərinin köməkçisi Oleksandr Xarebin müsabiqəyə ev sahibliyi edəcək şəhərin adının Ukraynanın Müstəqillik günündə, 24 avqust tarixində açıqlanacağını bildirdi. Lakin 25 avqust tarixində ev sahibi olacaq şəhərin adının açıqlanmasına 1 saat qalmış NTU qərarın bir daha nəzərdən keçilməsi üçün elanın təxirə salındığını açıqladı. Bunun ardınca Dnepropetrovsk şəhərinin meri Boris Filatov tender mərhələsinin başlanmasından iki ay keçdiyinə baxmayaraq qərarın elan olunmasının artıq dördüncü dəfə təxirə salınmasının "rüsvayçılıq" olduğunu açıqlamışdır. 25 avqustda NTU-nun baş direktoru Zurab Alasania Dnepropetrovskun namizədliyini geri götürdüyünü elan etmişdir.

9 sentyabr 2016-cı il tarixdə müsabiqənin paytaxt Kiyevdə yerləşən Kiyev Beynəlxalq Sərgi Mərkəzində keçiriləcəyi elan olundu.

Şəhər Arena Tutum Qeyd Dnepropetrovsk DniproEuroArena 9,500 Təklif edilən arenanın ərazisində olan Meteor Stadionunun yenidən tikintisinə ehtiyac duyulur. Tikinti 2017-ci ilin mart ayında tamamlanacaq. Herson "Yubileyniy" konsert zalı 1,600 Təklifə konsert zalının 7-8 ay müddətində genişləndirilməsi və yenidən inşası da daxil edilmişdir.Kiyev Kiyev İdman Sarayı 10,000 2005 Avroviziya Mahnı Müsabiqəsi və 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin keçirildiyi arena. 24 avqust tarixində Kiyev ev sahibi şəhər seçiləcəyi halda müsabiqənin bu arenada keçiriləcəyi bildirildi. Kiyev Beynəlxalq Sərgi Mərkəzi 13,000 Kiyev Beynəlxalq Sərgi Mərkəzi Ukraynanın ən böyük sərgi mərkəzidir. Lvov Arena Lviv 34,915 UEFA Avropa Kuboku 2012-nin bir neçə maçı bu kompleksdə keçirilmişdir. Müəyyən təmirə ethiyac var. Odessa Chornomorets Stadium 10,000–12,000 Chornomorets Stadium Odessa şəhərinin Avroviziya üçün yeganə uyğun olan arenasıdır. Müəyyən təmirə ethiyac var. Xarkov Metalist Oblast İdman Kompleksi 40,003 UEFA Avropa Kuboku 2012-nin bir neçə maçı bu kompleksdə keçirilmişdir. Müəyyən təmirə ethiyac var.

Yarımfinallara bölünmə səbətləri İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədilə 31 yanvar 2017 tarixində Nika Konstantinova və Timur Miroşnıçenko aparıcılığında Kiyevdə püşk çəkilişi keçirilmişdir.

Çəkilişin ilk mərhələsində ev sahibi ölkə Ukrayna və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edildi. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri püşkatma ilə təyin olundu. Mart ayında təşkil edilmiş qrup konfransında isə ölkələrin səhnəyə çıxış sıraları müəyyən edildi. Hər iki yarımfinalda 18 ölkə finala çıxmaq üzrə mübarizə aparmışdır. Hər yarı finalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' daxil olmaqla cəmdə 26 ölkə finalda iştirak edəcək. AYİ, 25 yanvar 2017 tarixində yarışmanın rəsmi tele səsvermə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 36 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.

1-ci Səbət2-ci Səbət3-cü Səbət4-cü Səbət5-ci Səbət6-cı Səbət

Qeyd: Rusiya 2017 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyi planlaşdırsa da 13 aprel tarixində ölkənin müsabiqədə iştirak etməyəcəyi açıqlandı.

İştirakçı ölkələr 42 ölkənin iştirak etdiyi Avroviziya 2017 otuz altı ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Ukrayna müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yarımfinallar

1-ci yarımfinal 9 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya, İspaniya və İtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Robin Benqtsson "I Can't Go On" Davam edə bilmirəm 3 227 02 İngiliscə Tamara Qaçeçiladze "Keep the Faith" İnancını qoru 11 99 03 İngiliscə Ayzeya Fayrbreys "Don't Come Easy" Asan gəlmə 6 160 04 İngiliscə Lindita "World" Dünya 14 76 05 İngiliscə Blanş "City Lights" Şəhər işıqları 4 165 06 İngiliscə Slavko Kaleziç "Space" Fəza 16 56 07 İngiliscə Norma John "Blackbird" Qaraquş 12 92 08 İngiliscə Dihaj "Skeletons" Skeletlər 8 150 09 Portuqalca Salvador Sobral "Amar Pelos Dois" İkimiz üçün sevgi 1 370 10 İngiliscə Demy "This is Love" Bu sevgidir 10 115 11 İngiliscə Kasia Mos "Flashlight" Fənər 9 119 12 İngiliscə SunStroke Project "Hey, Mamma!" Hey, Ana! 2 291 13 İngiliscə Svala "Paper" Kağız 15 60 14 İngiliscə Martina Barta "My Turn" Mənim növbəm 13 83 15 İngiliscə Ovik "Gravity" Qravitasiya 5 164 16 İngiliscə Artsvik "Fly With Me" Mənimlə uç 7 152 17 İngiliscə Omar Naber "On My Way" Mənim yolumda 17 36 18 İngiliscə Triana Park "Line" Xətt 18 21

2-ci yarımfinal 11 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Fransa və ev sahibi Ukrayna səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Tiyana Boqiçeviç "In Too Deep" Çox dərində 11 98 02 İngiliscə Neytan Trent "Running on Air" Havada qaçış 7 147 03 İngiliscə Yana Burçeska "Dance Alone" Tək rəqs et 15 69 04 İngiliscə Klaudia Faniello "Breathlessly" Təngnəfəs 16 55 05 İngiliscə İlinka və Aleks Florea "Yodel It!" Yodellə 6 174 06 İngiliscə O'G3NE "Lights and Shadows" İşıqlar və kölgələr 4 200 07 Macarca, Romanca Yoçi Papai "Origo" Mənşə 2 231 08 İngiliscə Anya Nissen "Where I Am" Mən haradayam 10 101 09 İngiliscə Brendan Mürrey "Dying To Try" Cəhd etməyə can atmaq 13 86 10 İngiliscə Valentina Monetta və Cimmi Vilson "Spirit of the Night" Gecə ruhu 18 1 11 İngiliscə, İtalyanca Jak Hudek "My Friend" Mənim dostum 8 141 12 İngiliscə JOWST "Grab the Moment" Bu anı tut 5 189 13 İngiliscə Timebelle "Apollo" - 12 97 14 Belarusca NAVI "Historyja majho žyccia" Həyatımın hekayəsi 9 110 15 İngiliscə Kristian Kostov "Beautiful Mess" Gözəl qarmaqarışıqlıq 1 403 16 İngiliscə Fusedmarc "Rain of Revolution" İnqilab yağışı 17 42 17 İngiliscə Koyt Toome və Laura "Verona" - 14 85 18 İngiliscə İmri "I Feel Alive" Sağ hiss edirəm 3 207

Final

Finalçılar: "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya); Ev sahibi ölkə (Ukrayna); Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr; İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

13 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Portuqaliya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.