Ceyms Votson (, ) — 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNT-nin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almış amerikalı məşhur elm adamı, bioloq.

Həyatı və kəşfləri Çikaqo Universiteti zoologiya üzrə təhsil aldıqdan sonra 1950-ci ildə İndiana Universitetində maqistatura oxumuşdur. 1950–1953-cü illərdə öncə Kopenhagendə, sonra da Kembric Universitetidə DNTnin quruluşunu çıxarma üzərində araşdırmalar aparmışdır. Kembric Universitetidə Fransiz Krik ilə girişdiyi analizlər nəticə vermiş və 1953-cü ildə Nature jurnalında qısa, sadəcə 900 sözdən ibarət məqalələrinin nəşri elm adına önəmli bir qaranlıq bölüm aydınlanmış oldu. Məqalə belə başlıyırdı: "Dezoksiribonuklein (DNT) üçün bir quruluş təklif etmək istəyirik…"

Ancaq bu kəşfdə Rosalind Franklinin də payı böyükdür. Əgər 38 yaşında xərçəngdən ölməsəydi o da veriləcək Nobel Mükafatını paylaşa bilərdi. DNT-nin cüt spiral quruluşunun olduğunun tapılmasında Rosalind Franklinin Rentgen şüaları rəsmləri önəmli rol oynamışdır. Ancaq özü Rentgen şüalarıının rəsimlerini doğru şərh etməmişdir.

Nailiyyətləri Ceyms Uatson 1956'da Harvard Universitetinde Molekulyar Biyoloji və Biyokimya Professorluğuna gətirildi.

1962 yılında Dr. Crick'''lə DNT'nin 3D quruluşunu kəşf etdiyinə görə Nobel mükafatına layiq oldular.

1967 ilində isə The Double Helix: A Personal Account of the Discovery of the Structure of DNA (İkili spiral : DNT quruluş həlli öyküsü) adlı, DNT'nin ətraflı həlli öyküsünü ehtiva edən kitabını yazdı.

Nobel mükafatını satdı Ceyms Uatson, 1962-ci ildə DNT-nin cüt spiral quruluşunu kəşf etdiyi üçün aldığı Nobel mükafatını satışa çıxardaraq 4,8 milyon dollara satmışdır. Beləcə tarixdə ilk dəfə həyatda olan bir Nobel laureatı mükafatı satmışdır. BBC-nin xəbərinə görə, Nyu-Yorkdakı Christie's hərrac'' evində satışa təqdim edilən qızıl medalın 2,5 −3,5 milyon dollara satılması gözlənilirdi. 86 yaşındakı Votsonun mükafatını maddi çətinliklər səbəbiylə satışa çıxardığı bildirilib.

Həmçinin bax Laynus Polinq

İstinadlar

Kateqoriya:ABŞ zooloqları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:"Britaniya imperiyası" ordeninin cəngavər-komandorları Kateqoriya:Çikaqoda doğulan yazıçılar Kateqoriya:ABŞ genetikləri