Beska körpüsü ( /Most kod Beške)- Serbiyanın Beska şəhəri yaxınlığında yerləşən körpüdür. Dunay çayı üzərində tikilən körpü avtomobillər və piyadalar üçün nəzərdə tutulmuşdur. Körpü dəmir-betondan hazırlanıb. Beska körpüsü 1975-ci ildə inşa olunmuşdur. E75 Avropa marşrutu üzərində salınan ən uzun körpülərdən biridir.
Görünüşü Əvvəlcə körpü memar Branko Zezeljin () layihəsi əsasında hazırlanmalı idi. Branko Zezelj həmçinin Belqrad Sərgi Kompleksinin Pavilyon №1 üzərində də işləyirdi. Zezelj həm də Belqradın mərkəzindəki, dəmiryol vağzalındakı Zezelj körpüsünün tikintisinə rəhbərlik edirdi. Körpü 1971-1975-ci illər arasında "Mostogradnja" şirkəti tərəfindən inşa edilmişdir.
Körpü NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi zamanı (1 və 21 aprel) iki dəfə bombalanmaya məruz qalmış və qismən dağıdılmışdır. Ancaq körpü tez bir zamanda bərpa edilmişdir. 19 iyul 1999-cu ildə yenidən istifadəyə verilmişdir. Çünki körpü E75 Avropa marşrutunun əhəmiyyətli hissələrindən biridir.
Şimalda sol istiqamətli oxşar körpünün açılışı olmuşdur. (açılışı 3 oktyabr 2011-ci il) 2008-2011-ci illər arasında mövcud körpünün yanında «Alpine Bau» Avstriya qrupunun rəhbərliyi altında konsorsium tikilmişdir. Bundan sonra köhnə körpü yenidən inşa olundu. 2014-cü ilin sonunda yenidən istifadəyə verildi.
Müasir körpü tamamilə E75 Avropa marşrutunun üzərində yerləşmişdir. Avtomobillərin hərəkəti üçün iki zolağa malikdir. Bundan əlavə bərkidilmiş yol qırağına və iki piyada zolağına malikdir.
Həmçinin bax Serbiyadakı körpülərin siyahısı
İstinadlar
Xarici keçidlər http://www.yu-build.com/main/f/063/063.html http://www.plovput.rs/plovni_put_mostovi_full_1232.htm Aerial video of the Beška Bridge
Kateqoriya:Serbiya Kateqoriya:Dəmir-beton körpülər