Zmeinı (, , , , ) — Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan ada. İnzibati cəhətdən isə Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir.
Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007 ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır.
Zmeinı adası uzun zaman BMT məhkəməsində mübahisə predmeti olaraq qalırdı. Adanın self zonasında zəngin neft və qaz yataqlarının olması mübahisələrə səbəb olmuşdur. Rumıniya adanın delimitarizasiya olunmasına çalışırdı. 3 fevral 2009 ildə qərar qəbul edilir. Qərara görə Zmeinı qayalıq deyil ada olaraq qeydə alınır«BMT məhkəməsi mübahisəli məsələni həll edir» — BBC.
Coğrafiyası thumb|left|150px|Adanın xəritəsi Ada Dunay çayının deltasından 35 km şərqdə yerləşir. Ada xaça bənzər formaya malikdir. Sahəsi 20,5 hektardır. Ucqar nöqtələri arasında məsafə 615 – 650 km-dir. Ən yaxın yamayış məntəqəsi Rumıniyanın Sulino şəhəridir. Ukraynanın isə ən yaxın yamayış məntəqəsi Vilkovodur.
Relrefi Ada əsasən bərk suxurlardan təşkil edilmişdir. Sahil xəttində hündürlük: şimal-şərqdə 4–5 m, cənub-qərbdə isə 25 metr təşkil edir. Ən hündür nöqtəsi 41,3 metrdir. Sahillərində dörd çimərlik vardır: «Damski», «Derqaç», «Zolotoy» və «Banditnı». Adada geoloji proseslər daim davam edir.
İqlimi Ada çöl iqliminə malikdir. Qışda orta aylıq temperatur 0 - 2 °С, yayda isə — 19 - 24 °С arasında dəyişir. Maksimal +40 °С, minimal isə −30 °С müşahidə edilmişdir. Orta illik temperaturu 300 mm-dir. .
Flora və Fauna Ada ərazisində əsasən çöl otları bitir. Son zamanlar isə adada ağaclar əkilir. Adada 234 növ quş müşahidə edilir. Sahil sularında 49 növ balıq, 6 növ yengəc yaşayır. Bəzi növlər hətta Ukraynanın qırmızı kitabına daxil edilmişdir.
Qorunması Ukrayna Prezidentinin 09.12.1998 il № 1341/98 qərarı ilə Ada ərazisi yasaqlıq elan edilmişdir. Adanın ərafı 500 metr radiusunda yasaqlığa daxildir. Yasaqlığın ərazisi 232 hektardır.
Tarixi Qədim yunan əsatirinə görə ada ilahə Fetida tərəfindən oğlu Axillin şərəfinə dənizin dibindən qaldırmışdır. Ada haqqında hətta Strabon və Heradot məlumst vermişdir. Adada Axill məbədi inşa edilir sonradan isə dağılır. İlk dəfə 1823-cü ildə M. Krişkim adanın xəritəsini tərtib etmişdir. 1843-cü ildə məbədin qalıqlarından mayak inşa edilmişdir. Qara dənizdən keçən qədim gəmilər məbədi ziyarət edirsilər. Orta əsrlərdə ada Osmanlı imperiyasına mənsub olmuşdur.
14 iyul 1788 ildə türklərlə ruslar arasında Fidonisi döyüşü olmuşdur. 1828-1829 illərdə baş vermiş müharibənin nəticəsində ərazi rusların əlinə keçir. Krım müharibəsindən sonra ada Rumıniya ərazisi elan edilir. 1944-cü ilin aprelində ada Sovet qüvvətləri tərəfindən tutulur. 23 may 1948 il qərarı ilə ada SSRİ ərazisi elan edilir. 1956-cı ildə adada radiotexniki dəstə yerləşdirilir.
2003-ci ildə adada elmi -araşdırma stansiyası quraşdırılmışdır. 2007-ci ildə adada yerləşən beloe yaşayış yeri qəsəbə ) statusu almışdır. Bu addım Rumıniya tərəfdən etiraza səbəb olmuşdur.
Qalereya
İstinadlar
Şəkil Zmeinı adası - Odessa 1996. - Görünüş. 3. - Səh. 46-59.
İ. Vladimirov. Zmeinı Tuzla deyil. 2008 İş materialları Rumıniya Ukraynaya qarşıdır Доклад Международного Суда 2007—2008 гг. на 63-й сессии ГенАссамблеи ООН
Kateqoriya:Qara dəniz adaları Kateqoriya:Ukrayna adaları Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Dəniz hüququ