"Lighthouse" () — Xorvatiyalı istedadlı ifaçı və bəstəkar Nina Kralyiçin mahnısı. Mahnı sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsində, Xorvatiyanı uğurla təmsil etmişdir.

Mahnı Balkan coğrafiyasında, musiqi sənətindəki özünəməxsus istedadı ilə böyük izləyici kütləsi və musiqiçilər tərəfindən müsbət rəğbətlə qarşılanan Nina Kralyiçin "Lighthouse" mahnısı onun, debüt studiya albomu olan "Samo"ya daxildir. Keyfiyyətli musiqi əsərinin sözləri və bəstəsi, Andres Qrass və Nikola Parila tərəfindən ərsəyə gətirilmişdir. Pop janrlı mahnının prodüseri isə Forsten Bratsmenndir.

Mahnının mövzusu özündə zəngin, mühüm ilahi mesajları ehtiva etməkdədir və əsər üçün lentə alınan musiqi videosu da, özündə yüksək elmi və ruhani səciyyə daşıyır. Belə ki, "Yer Nina"(İfaçının özü) hər zaman onu təhlükələrdən mühafizə edən və daimi gözətləyən "Kosmik Nina"ya ehtiyyaclıdır. Budur, yenə də bütün əzabverici qaranlıqlar "İnsan" cildinə girərək, "Yer Nina"nı əbədi məhkumluğla hədələyir. Əllər, bütün aydınlığa aparan yollar bağlanır və müfəttiş görünümündəki "Qaranlıqlar" ifaçını həbs etməkdədir. O, sonsuz qurtuluş ümidi ilə səmaları izləyir və yardım gözləyir. Nəticə olaraq, "Yer Nina"nın ovucunda "Kosmik Nina"dan yardım təcəllisini təmsil edən parlaq nur, enerji ətrafa yayılır və o, yenə də xilas edilmişdir(Ruhani cəhətdən). Mahnının sözlərində "Kosmik Nina", "Dəniz fənəri" kimi də təqdim edilmişdir. "Yer Nina" isə eyni zamanda, "Həyat"ı da təmsil edən okean yolculuğunda fəlakətlə üzləşir və sonsuz ümidlə "Kosmik Nina"dan yardım gözləyir.

Buraxılış tarixi Ərazi Tarix Format Etiket İstinad Xorvatiya 9 Mart 2016 Radio vasitəsilə Universal Music Croatia Dünya üzrə 11 Mart 2016 Rəqəmsal yükləmə

Beynəlxalq arenada 290px|thumb|right|"Lighthouse" mahnısı "Globe" arena səhnəsində.

24 fevral 2016-cı il tarixində, Xorvatiyanın milli yayım şirkəti (HRT) Avroviziya Mahnı Müsabiqəsinin 2016-cı il buraxılışında, ölkəni daxili seçim üsulu ilə, Nina Kralyiçin təmsil edəcəyini elan etmişdir. Bu, mahnının beynəlxalq səhnələrdə səslənməsinə şərait yaratdı.

Avroviziya Mahnı Müsabiqəsi 2016

Nina Kralyiç sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsinin birinci yarı-finalında, "Lighthouse" mahnısı ilə iştirak etmiş və ümumilikdə 133 xal toplayaraq, 10-cu sırada ölkəsini böyük finala yüksəltmişdir. Möhtəşəm finalda Litvadan sonra və Rusiyadan əvvəl, 17-ci nömrə altında mahnısını bir daha canlı ifa edən təmsilçi, müsabiqənin yekun səsvermə nəticələrinə əsasən, 73 xal toplayaraq, beynəlxalq yarışmanı 23-cü sırada tamamlamışdır.

Aşağıdakı cədvəldə, "Lighthouse" musiqi əsərinə təqdim edilən xallar sistemi(Münsiflər heyəti və Telesəsvermə əsasında) göstərilmişdir.

+ "Lighthouse" mahnısına təqdim edilmiş xallar (Yalnız böyük finalda); Xal Telesəsvermə Jüri 12 xal 10 xal 8 xal 7 xal 6 xal 5 xal 4 xal 3 xal 2 xal 1 xal

Çartlarda Çart (2016) Zirvə nöqtəsi Xorvatiya (HR Top 40) 4

İstinadlar

Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Xorvatiya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsindəki mahnılar Kateqoriya:2016 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2016-cı ilin sinqlları