Dauqava (; ) və ya Qərbi Dvina (; ) — Şərqi Avropanın şimalında çay. O, Rusiya, Belorus və Latviya əraziləri ilə axır.

Etimologiya Eski adları — Eridan, Rudon, Bubon, Rubon, Sudon, Xesin.

Maks Vasmerın Etimologiya lüğətində yazılıb ki, Dvina toponimi Ural dillərindən gələ bilməzdi və ola bilər ki, Hind-Avropa dillərində çay və ya axar mənasını daşıyan sözündən gəlib.

Coğrafiya Çayın tam uzunluğu 1020 km-dır. Onlardan 325 km Rusiya, 338 km Belarus, 352 km isə Latviyaya aiddir.Latvian Encyclopedia 2. Riga: Valērija Belokoņa izdevniecība. 2003. p. 137. ISBN 9984-9482-2-6. Latviyada Dauqava Riqa körfəzinə tökülməkdən əvvəl Latqale, Zemqale və Vidzeme (o cümlədə Riqa şəhəri) bölgələrin ərazilərində axır. Latqale bölgədəki hissəsinin ətrafında yerləşən Dauqava Döngələri () təbiət parkı 2011-ci ildən bəri Latviyanın milli UNESCO ümumdünya irsi siyahısındadır.

Dauqava Latviyanın ən böyük çayıdır.

Yaşayış məntəqələri

Rusiya Andreapol, Zapadnaya Dvina və Velij.

Belarus Ruba, Vitebsk, Beşenkoviçi, Polatsk, Navapolatsk, Dzisna, Verxnyadzvinsk və Druya.

Latviya Kraslava, Dauqavpils, Livani, Yekabpils, Plavinas, Aizkraukle, Yaunyelqava, Lielvarde, Kequms, Oqre, İkşkile, Salaspils və Riqa.

İqtisadiyyat Hazırda çayın Belarus hissəsində 4 su elektrik stansiyası (SES) tikilir. Onun Latviya hissəsində isə Plyavinyas SES, Riqa SES və Kequms SES yerləşir. Beləliklə, Dauqava Latviyanın üçün tək böyük milli enerji mənbəsidir.

Sovet İttifaqı dövründə çay əkinçilik siyasəti və hidrogen enerji layihələrindən ekoloji korlanmanı yaşayıb.

İstinadlar

Kateqoriya:Dauqava Kateqoriya:Rusiya çayları Kateqoriya:Belarus çayları Kateqoriya:Latviya çayları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Avropanın beynəlxalq çayları