Friksion ötürmə (lat. frictio — sürtünmə) - öz aralarındakı sürtünməni mexaniki enerjini ötürmək üçün istifadə eən kinematik cütlükdür.

Elementlər arasında sürtünmə quru, səddi və mayeli ola bilər. Mayeli sürtünmə daha əlverişli sayılır, çünki, o friksion ötürmənin uzunömürlülüyünü artırır.

Təsnifatı

Friksion ötürmələr olurlar:

Quruluşuna görə:

paralell vallarla, kəsişən vallarla, xarici kontaktla, daxili kontaktla.

Ötürmə ədədinin variasiya olunma imkanlarına görə:

tənzimlənməyən və tənzimlənəbilən.

Tətbiq sahəsi

Dayaq səthləri ilə sürtünmə qüvvəsi sayəsində kontakda olan yayma dəzgahlarının valları, friksion variatorlarla işləyn reduktorlar, nəqliyyat vasitələrinin aparıcı təkərlərində geniş tətbiq tapır.

Mənbə Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.

Kateqoriya:Mexanika mühəndisliyi