— "Steins;Gate"-in yaradıcısı Çiyomaru Şikura tərəfindən yazılmış ranobe seriyası. Qancii tərəfindən illüstrasiya olunmuş manqa 2015-ci ilin oktyabrından nəşr olunur. 9 oktyabr 2016-cı ildən 25 dekabr 2016-cı ilə kimi A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası yayımlanmışdır.

Məzmun Paranormal elmi fantastika janrında olan ranobedə hadisələr 9 fərqli şəxsin ətrafından cərəyan edir. Bu 9 şəxs bir-biriləri ilə 17 yaşlı lisey tələbəsi Yuuta Qamon tərəfindən işlədilən "Chōjō Kagaku Kirikiri Basara" adlı okkult xülasə bloqu vasitəsilə əlaqə saxlayırlar. Bu doqquz nəfərin ətrafında baş verən kiçik uyğunsuzluqlar daha böyük və dünyanı dəyişdirə biləcək hadisəyə səbəb olur.

Personajlar Okkultik doqquzluq

Okkult bloq işlədən və özünü xilaskar adlandıran oğlandır.

Ruh rəhbəridir.

İnkarçı, ultra-realist universitet tələbəsidir.

Moe falçısıdır.

"Mumū" okkult jurnalının müxbiridir.

Qara magiya təmsilçisidir.

Müəmmalı adamdır.

Gələcəyi təxmin edən docin manqakasıdır.

Kospley otaku detektividir.

Digər

Liseydə oxuyan FBI müfəttişidir.

"Blue Moon" adlı kafe işlədən qadındır.

Miyuu Aykakanın yaxın rəfiqəsidir.

Media Ranobe Ranobe seriyası Çiyomaru Şikura tərəfindən yazılıb, pako tərəfindən illüstrasiya olunub. Overlap Bunko ranobenin ilk cildini 2014-cü ilin avqustunda çap edib. J-Novel Club ranobeni ingilis dilində rəqəmsal şəkildə yayımlayıb.

Cild siyahısı

Videooyun 28 sentyabr 2017-ci ildə 5pb. tərəfindən PlayStation 4, PlayStation Vita və Xbox One platformaları üçün vizual roman adaptasiyası buraxılacaq.

Manqa Qancii tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 7 oktyabr 2015-ci ildə yayımlanmağa başlamışdır.

Anime 2016-cı ilin martında anime adaptasiyasının çəkiləcəyi anons edilmişdir. Animenin birinci seriyası 2 oktyabr 2016-cı ildə Kichijoji Anime Wonderland tədbirində nümayiş etdirilmişdir. Anime serialı Kyohey İşiquro və Miyuki Kurokinin rejissorluğu, To-Jumpei Morita-nın ssenaristliyi, Tomoaki Takasenin personaj dizaynerliyi və Masaru Yokoyamanın bəstəkarlığı ilə A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Anime serialının açılış mahnısı Kanako İto tərəfindən ifa olunan "Seisū 3 no Nijō" mahnısı, bağlanış mahnısı isə Asaka tərəfindən ifa olunan "Open your eyes" mahnısıdır. Hər iki mahnı Şikura tərəfindən yazılmışdır və mahnıların 26 oktyabr 2016-cı ildə buraxılmışdır. Anime serialı 9 oktyabr 2016-cı ildən 25 dekabr 2016-cı ilə kimi Tokyo MX, ABC, CBC, GTV, GYT və BS11 kanalları, eləcə də, Daisuki vasitəsilə nümayiş etdirilmişdir. Animenin seriyaları müvəqqəti olaraq Crunchyroll və Daisuke saytlarından yığışdırılmış, lakin daha sonra anime bu saytlarda yenidən yayımlanmağa başlamışdır. Seriyaların 7 dekabr 2016-cı ildən 3 may 2017-ci ilə kimi 6 BD/DVD cildində (hərəsində iki seriya) buraxılması planlaşdırılır.

Anime Şimali Amerikada Aniplex USA tərəfindən lisenziyalaşdırılmışdır.

Seriya siyahısı № Başlıq Yayım tarixi

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2014-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:2017-ci ilin videooyunları Kateqoriya:Paranormal romanları Kateqoriya:Yaponiya romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:A-1 Pictures Kateqoriya:Seynen manqaları Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Fövqəltəbii anime və manqaları Kateqoriya:Kodansha manqaları Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:5pb. Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:Vizual romanlar Kateqoriya:Overlap Kateqoriya:J-Novel Club Kateqoriya:Romanlara əsaslanan videooyunlar Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları