Vilçek Torpağı — Şimal Buzlu okeanında yerləşən, Frans-İosif Torpağına daxil olan ikinci ən böyük ada. Ada Avstriyalı Karl Veyprext və Yulius Payerin rəhbərlik etdiyi ekspedisiyanı maliyyələşdirən Hans Vilçekin şərəfinə adlandırılmışdır. Ada 1873-cü ildə kəşf edilmişdir. Frans-İosif Torpağı yasaqlığı ərazisinə daxildir.

Coğrafiyası Arxipelaqın şərqində yerləşir. Qərb qrupunda yerləşən adalardan Avstriya boğazı ilə ayrılır. Qrehem-Bell adası ilə arasında Morqan boğazı yerləşir. Üzəri əsasən buzlaqlarla örtülü olur. Hündürlük 400-600 metr arasında dəyişir. Sahəsi 2055 km², ən hündür nöqtəsi isə 606 metrdir.

Ən yaxın yerləşən adalar 9 km cənubda Persey buxtasında Klaqenfurt, Avstriya şəhəri Klaqenfurtun şərəfinə adlandırılmışdır. Şərq sahillərində Qorbunov adaları yerləşir. Adalar Qriqori Petroviç Qorbunovun şərəfinə adlandırılmışdır. 1,5 km cənub-qərbdə adağıdakı adalar yerləşir: Derevyannıy adası Daues Mak-Kulta adası Tillo

İqlimi İqlimi sərtdir. İlin cəmi 18 günü temperatur 0 °C-dən yuxarı olur. İllik orta temperatur -12 °C, maksimal temperatur isə +12 °C, minimal temperatur -42 °C təşkil edir. İllik yağıntının miqdarı 280 mm-dir.

Mənbə

Yerləşməsi: Gregory Petrovich Gorbunov:

Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Arxangelsk vilayəti adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları