Mollaqışlaq və ya Güllüdərə — İrəvan quberinyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 22 km məsafədə, Kirovakan şəhərindən 78 km cənub-şərqdə, Pəmbək çayının sahilində yerləşir.

Toponim dini məna bildirən molla sözü ilə «qış vaxtı heyvanların saxlandığı yer, otlaqlı qışlama yeri»Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.531, «qış yaşayış yeri, kənd əhalisinin daimi yaşayış yeri»Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.276 mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn toponimdir.

Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Güllüdərə qoyulmuşdur.

Əhalisi Kənddə 1916-cı ildə 167 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 132-133.

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər.

Burada 1922-ci ildə 130 nəfər, 1926-cı ildə 156 nəfər, 1931-ci ildə 163 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.52-53, 132-133, 1939 - cu ildə 201 nəfər, 1959 - cu ildə 118 nəfər, 1970-ci ildə 188 nəfər, 1979 - cu ildə 190 nəfərHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.909, 1987-ci ildə 550 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanılar son nəfərinə kimi Ermənistan dövləti tərəfindən qırğınlarla tarixi-etnik vətənlərindən qovulmuşlar. İndi burada ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Pəmbək kəndləri