51-ci ərazi () — Nevada Sınaq və Təlim Bazasında yerləşən yüksək səviyyəli ABŞ Hava Qüvvələri müəssisəsi. Rəsmi olaraq Homey hava limanı (KXTA) və ya yaxınlıqda yerləşən duz gölünün adı ilə Qrum Gölü adlandırılır. Müəssisədə keçirilən əməliyyatların detalları ictimaiyyətə açıqlanmasa da, ABŞ Hava Qüvvələri bunu "açıq təlim bazası" adlandırır. Ehtimal olunur ki, tarixi sübutlara əsaslanaraq eksperimental təyyarə və silah sistemlərinin inkişafı və sınaqları burada həyata keçirilir. ABŞ Hava Qüvvələri 1955-ci ildə, ilk növbədə Lockheed U-2 təyyarəsinin uçuş sınaqları üçün buranı seçdi.
İstinadlar
Kateqoriya:Ufologiya Kateqoriya:ABŞ silahlı qüvvələri Kateqoriya:Hərbi layihələr