Qaraməhəmməd — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 6 km şimal-şərqdə yerləşir. Kəndin adı Qaraməmməd formasında da işlədilir.
Toponim Qaraməhəmməd şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı 1801-ci ildə dəyişdirilib Rusiya çarının şərəfinə Aleksandrovka qoyulmuşdur.
Erm. SSR AS RH-nin 22.ll.1939-cu il fərmanı ilə adı yenidən dəyişdirilib rus şairi Maksim Qorkinin şərəfinə Qorki qoyulmuşdur.
Əhalisi XIX əsrin əvvəllərinə qədər burada azərbaycanlılar yaşamışdır. Rayonun ərazisi XIX əsrin əvəllərində Rusiya tərəfindən işğal edildikdən sonra azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmış, Rusiyanın Saratov və Kursk qəzalarından köçürülən ruslar burada yerləşdirilmişdirErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. s.335.
Burada 1831-ci ildə 18 nəfər yalnız azərbaycanlı, 1926-cı ildə ruslara yanaşı 6 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78–79, 156–157.
1930-cu illərin axırlarında onlar kənddən çıxarılmışdır.
1988-ci ilə kimi burada yalnız ruslar yaşamışdır. 1988-ci ildən sonra ruslar ermənilər tərəfindən sıxışdırılıb kənddən çıxarılmışdır. İndi kəndin əsas sakinləri ermənilərdir. Kənddə azsayda ruslar da yaşayır.
İstinadlar
Kateqoriya:Loru kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri