Ayrım (Ptxavan) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmsəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 10 km şimal-qərbdə, Tona (Debet) çayının yanında, İrəvan — Tiflis dəmiryolunun üstündə yerləşir.

Toponim ayrım türk etnonimiVəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.43 əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi Kənddə 1926-cı ildə 46 nəfər, 1939-cu ildə 100 nəfər, 1959-cu ildə 282 nəfər, 1979-cu ildə 2252 nəfər azərbaycanlı yaşamışdırHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.243.

Toponimiyası Ayrım-Noyemberyan rayonunda kənd adı. 1960-cı ildən kəndin adı qeyri-rəsmi dəyişdirilib Ptxavan qoyulmuşdur. Orta əsrlərdə İrəvan əyalətində yaşamış türkmənşəli Ayrım (Ayrum) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Ayrımların mənşəyi haqqında dəqiq tarixi məlumat yoxdur. A. Bakıxanova görə Əmir Teymur 1402-ci ildə Ankara vuruşmasından sonra 50 min türk ailəsini İrəvanda, Qarabağda və Gəncədə yerləşdirmişdir. Ehtimal ki, bu ellər sonra Ayrum(El-Rum adının təhrifi) adlanmışdır. İ. Şopenə görə Türkiyədə İkonum sultanlığı ləğv edildikdən sonra türklərin bir hissəsi Ərməniyəyə keçərək Ayrumlu (631 ailə), Seyid Axsalı(311 ailə), Taşanlı(124 ailə) və Saatlı (160 ailə) adları ilə yaşamışlar(159). Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Arsar Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum (türk dillərində bakanes "çayın aşağı axarında quru məcrası" sözündən), Dadanis Ayrum (Dadanis kənd adıdır), Polad Ayrum və başqa qollara bölünmüşdür.B. Ə. Budaqov, Q. Ə. Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti Bakı-1998

1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

İstinadlar

Kateqoriya:Loru kəndləri Kateqoriya:Tavuş mərzinin yaşayış məntəqələri