Yunan soyqırımı. və ya Osmanlı yunanlarının etnik təmizlənməsiΓενοκτονία ή Εθνοκάθαρση τελικά (greek). On Alert (4 Νοεμβρίου 2015).Ανδριανόπουλος, Ανδρέας. Γενοκτονία και Εθνοκάθαρση (greek). News24/7 (5 Νοεμβρίου 2015). (, ; ) — əsasən Birinci Dünya müharibəsi və ondan sonrakı dövrlərdə (1913–1923) Anadolunun xristian Osmanlı yunan əhalisinin dini və etnik mənsubiyyətinə görə sistematik şəkildə məhv edilməsi. Bu, Gənc türklər üçlüyünün başçılıq etdiyi Osmanlı imperiyası hökuməti və Mustafa Kamal Atatürkün başçılıq etdiyi Böyük Millət Məclisi hökuməti tərəfindən imperiyanın yerli yunan əhalisinə qarşı törədilmişdir. Soyqırımda qətliamlar, Suriya səhrasına ölüm yürüşləri kimi məcburi deportasiyalar, edamlar və şərqi ortodoks mədəniyyət, tarixi və dini abidələrinin dağıdılması halları baş vermişdir. Yunan soyqırımı Pont yunan soyqırımını () da özündə ehtiva edirdi. Bu dövrdə bir neçə yüz min Osmanlı yunanı həlak olmuşdur. Məcburi köçkünlərin və sağ qalanların əksəriyyəti Yunanıstana qaçmışdır. Bəziləri, xüsusən də imperiyanın şərq vilayətlərində yaşayanlar qonşu Rusiya imperiyasına sığınmışdılar.
1922-ci ilin sonlarında Anadolu yunanlarının çoxu ya ölkədən qaçmışdı, ya da öldürülmüşdü. Qalanlar 1923-cü ildə Yunanıstan və Türkiyə arasında əhali mübadiləsinin şərtlərinə əsasən Yunanıstana köçürülmüşdür. Bu, köçü rəsmiləşdirmişdi və məcburi köçkünlərin geri qayıtmasına mane olmuşdur. Yunanıstan, Kipr, ABŞ, İsveç, Ermənistan, Niderland, Almaniya, Avstriya və Çexiyanın milli qanunverici orqanları Osmanlının bu kampaniyasını soyqırım kimi tanıyan qətnamələr qəbul etmişlər.
İstinadlar
Kateqoriya:Osmanlı yunanları Kateqoriya:Soyqırımlar Kateqoriya:Avropada etnik təmizləmə Kateqoriya:Asiyada etnik təmizləmə Kateqoriya:Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:1910-cu illərdə Osmanlı imperiyası