Rocers buxtası — Çukot dənizində Vrangel adası sahilində yerləşən dayaz buxta. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisinə daxildir. Buxtanın sahilinə yaxın hidrometeoloji stansiyası və Uşakovskoye qəsəbəsi yerləşir.
Buxta kapitan Berrinin əmri ilə öz gəmisinin şərəfinə adlandırılmışdır. Bu gəmidə adanın sahilinə 1881-ci ilin 25 avqustda lövbər salmışdırЛеонтьев В. В., Новикова К. А. Топонимический словарь северо-востока СССР. — Магадан: Магаданское книжное издательство, 1989, стр 326.
Təbiəti Buxta Vrangel adasının cənub-şərqində yerləşir. Buxtanın şərqində Proletarskiy burnu yerləşir. Sahilləri qayalıqdır. Uzunluğu 8 km, maksimal dərinliyi 2,7 metr təşkil edir.
Buxtanın sahillərində ilin 80—88 günü duman nüşahudə edilir. Buxta üzərində illik yağıntının miqdarı 120 mm təşkil edir.
Olay Buxta sahilində müşahidə mayakı mövcud olmuşdur. Bu mayakda stansiya mövcud olmuşdur ki, onunda Radioizotop tempoelektrik generator vardı. 2003-cü ildə güçkü fırtına ilə mayak aşaraq buxtaya düşmüşdür. 2011-ci ildə isə tufan mayakın daxilində olan generatoru sahilə atmışdır. Xoşbəxtlikdən generatoru mühafizə edən radiasiya qoruyucusu zərər çəkməmişdir. 2012 ildə adadan çıxarılmış və zərərsizləşdirilmişdir.
İstinadlar
Kateqoriya:Vrangel adası Kateqoriya:Çukot dənizi körfəzləri Kateqoriya:Çukot Muxtar Dairəsi körfəzləri