Sümükdaxili, intraossear qısaca i.o. ( = daxili; = sümük) tibabətdə dərman və məhlulların orqanizmə yeridilmə - aplikasiya formasıdır. Adətən venadaxili inyeksiya yaxud infuziya mümkün olmadıqda (uşaqlara, kök və yanıqlı, politravmalı xəstələrə, kritik hallarda təcili yardım zamanı) tətbiq edilir. Bu məqsədlə qamış sümüyünün qabarcığından () 2 sm aşağı və içəri tərəfində xüsusi bohrmaşın vasitəsilə iynə sümük iliyi boşluğuna yeridilirIntraossärer Zugang. Punktionsorte . Sümükdaxili infuziya ağrılı olduğundan əvvəlcə boşluğa yerli keyləşdirici (2%-4ml lidokain məhlulu) yeridilir, sonra isə infuziyaya başlanılır. Əldə edilən sümükdaxili giriş vasitəsilə demək olar ki, bütün növ şok əleyhinə dərman və infuziya məhlullarını, qan və qan əvəzedicilərini yeritmək mümkündür. Bu zaman sümükdaxili giriş vasitəsilə laborator analizlər üçün lazım miqdarda qan götürmək də mümkündür. Bir ədəd - sümükdaxili kit təqribən 94,00 avrodur.
12 yaşa qədər uşaqlar üçün, maksimal dərinlik 1,5 sm, qırmızı rəngli - ölçülü iynə 12 yaşa çatmışlara və böyüklər üçün, maksimal dərinlik 2,5 sm, mavi rəngli - ölçülü iynə
thumb|250px|Qamış sünüyündə sümükdaxili iynə (CT müayinəsndə, aksial kəsikdən görüntü)
İlk dəfə 1940 cı ildə öz tətbiqini tapmışdırTocantins LM, O'Neill JF, Jones HW: Infusions of blood and other fluids via the bone marrow. JAMA 1941; 117:1229-1234. Təcili yardımlarda 80%-dən çox hallarda müvəffəqiyyətlə istifadə olunur. Fəsad törətmə riski çox cüzidir. Mümkün fəsadlara: kompartment sindromu, ziyadə güc tətbiq etdikdə müvafiq sümüyün zədələnməsi ya sınması, sterillik gözlənilməzsə müfafiq sümüyün iltihabına - osteomiyelit. Yalnız - natamam osteogenez diaqnozlu xəstələrə tətbiqi məqbul sayılmır. Metodun əsas çatışmazlığı material bahalılığı ilə əlaqədardır. Punksiya yerləri Adətən qamış sümüyünə təbiq dilən bu metod xüsusi hallarda dgər sümüklərə də tətbi edilə bilinir.
Proksimal bazu sümüyü: – bazunun böyük qabarı. 150px
Döş sümüyü: ürək-ağciyər reanimasiyasında xüsusilə ürəyin qapalı masajı üçün əlverişsizi sayılır. 150px
Qalça sümüyü: - ön yuxarı qalça tini nahiyəsinə 150px
Distal bud sümüyü: orta xətt boyu diz qapağından 2 sm yuxarı bir qədər kranial mayili istiqamətdə. 150px qamış sümüyü: qamış sümüyünün qabarcığından () 2 sm aşağı və içəri tərəfə . 150px
İstinadlar
Kateqoriya:Tibbi ləvazimatlar Kateqoriya:Müalicə