Brayda zolaqlı balinaСоколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 120. — 10 000 экз () — Balinakimilər dəstəsinə Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə aid balina növü. Növün adı norveçli gəmi sahibi Yohan Bryodenin şərəfinə adlandırılmışdırBo Beolens, Michael Watkins, and Mike Grayson. The eponym dictionary of mammals. — Baltimore: The Johns Hopkins University Press, 2009. — P. 61. — 574 p. — ISBN 978-0-8018-9304-9..
Yayılması Brayda zolaqlı balinaları digər Zolaqlı balina cinsinə daxil olan balinalardan fərqli olaraq, əsasən tropik qurşaqlar arasında yayılmışdır. Qütblərə miqrasiyası müşahidə edilməmişdir.
Xariçi görünüşü Brayda zolaqlı balinalar ölçü baxımından kiçik balinalara daxildilər. Uzunluqları 12–14 metr, çəkiləri isə 16–25 ton arasında dəyişir. Bu canlının üzəri tünd-boz rəng çalarlarında olur. Bel üzgəci digər zolaqlı balinalardakı kimidir. Bu növün digər növlərdən əsas fərqi baş nahiyyəsində üç şiş olmasıdır.
Özünü aparması thumb|left|250px|Величина полосатика Брайда по сравнению с человеком Bu balinalar cütlüklər halında əsasən qruplar şəklində yaşayırlar. Yaşadığı suların temperaturu +20° S təşkil edir. Miqrasiyası uzun yolu əhatə etmir. Əsasən qida məqsədi ilə edilir. Balıqlar, xərçəngkimilər və başıayaqlılarla qidalanırlar.
Təhlükə 1960-cı illərdə Şimal yarımkürəsində bu növün ovlanılmasına başlanılır. Ancaq digər növlərə nisbətdə az ovlanılırdı. Bu səbəbdən bu növ balinalar nəsli kəsilmə təhlükəsi olmayan növ kimi qeydə alınmışdır. Onların hazırda sayları 40–80 min baş olaraq qiymətləndirilir.
Takson thumb|right|250px|Brayda zolaqlı balina Növ ilk dəfə 1913-cü ildə qeydə alınır və Balaenoptera brydei olaraq adlandırılır. Lakın sonra 1878-ci ildə qetdə alınan İden zolaqlı balinasının (Balaenoptera edeni) yarımnövü olaraq hesab edilir. Hətta Balaenoptera edeni olaraq adlandırılır. 1993-cü ildə bu canlıların genetik araşdırmaları nəticəsində fərli növ olmaları təstiqlənir. Balaenoptera brydei olaraq adı təstiqlənsədə bəzi mənbələrdə Balaenoptera edeni olaraq göstərilir.
İstinadlar
Ədəbiyyat R. R. Reeves, B. S. Stewart, P. J. Clapham, J. A. Powell: See Mammals of the World — a complete Guide to Whales, Dolphins, Seals, Sea Lions and Sea Cows. A&C Black, 2002, ISBN 0-7136-6334-0 M. Würtz, N. Repetto: Underwater world: Dolphins and Whales. White Star Guides, 2003, ISBN 88-8095-943-3
Kateqoriya:Zolaqlı balinalar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya məməliləri Kateqoriya:25–29 ID olan Taksonbar