Seyval () — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. thumb|left|250px|Farer adalarında buraxılan poçt markası

Xüsusiyyətləri Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir.

Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir.

Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir.

Boğazlıq dövrü 10,5–12 aydır.

Cütləşmə dövrü aprel-avqust aylarına təsadüf edir. Seyvallar 300 metr fərinliyə üzə bilirlər və su altında 20 dəqiqə qala bilirlər. Onların sürəti 25 km/s təşkil edir. Dünyanın bütün okeanlarında yaşayırlar. Əsasən suyun temperaturu 8–25° S olan ərazilərdə üzürlər. Sahildən bir qədər aralıda, açıq dənizdə yaşayırlar.

Təsərrüfat əhəmiyyəti Göy balina və Finval ovunun kəskin azalmasından sonra əsas təsərrüfatına çevrilmişdir. 1986-cı ildən ovuna qadağa qoyulmuşdur.

İstinadlar

Ədəbiyyat Вюрц М., Репето Н. Дельфины и киты. — М.: АСТ, 2003. — 168 с. — ISBN 88-8095-967-0.

Mənbə Seyval The IUCN Red List of Threatened Species: Balaenoptera borealis

Kateqoriya:Zolaqlı balinalar Kateqoriya:Yaponiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:25–29 ID olan Taksonbar