Preobrajenskoe — Keçmiş kənd olaraq Rusiyanın Kamçatka diyarı, Aleut rayonu ərazisində yerləşirdi. Bir müddət Mednı adasının eyni adlı buxtası sahilində mövcud olnuşdur.

Yaşayış məntəqəsi XIX əsrin sonunda Aleut adalarının tərkibinə daxil olan Attu adasından köçüb gəlmiş Aleutlar tərəfindən salınmışdır. XX əsrin əvvəllərində adada artıq 200 nəfər yaşayırdı. Əsas məşğuliyyət balıq və balina ovu olmuşdur. 1970-ci ildə Komandor adalarının iqtisadiyyatını güçləndirmək məqsədilə sakinlər Berinq adasında yerləşən Nikolskoye kəndinə köçürülür.

Hazırda Preobrajenskoe kəndində yaşayış yoxdur. İstinadlar

Mənbə Астафуров В. Остров Медный, остров Медный, мне забыть тебя нельзя…

Kateqoriya:Komandor adaları Kateqoriya:XIX əsrdə yaranan yaşayış məntəqələri