Lego Marvel's Avengers — TT Games tərəfindən hazırlanmış və Warner Bros. Interactive Entertainment tərəfindən nəşr olunmuş, PlayStation 4, PlayStation 3, PlayStation Vita, Nintendo 3DS, Wii U, Xbox One, Xbox 360, Macintosh və Microsoft Windows platformalarında oynanıla bilən macəra-döyüş janrında Lego videooyunudur. Videooyun Lego Marvel Super Heroes videooyununun spin-ofudur və Lego Marvel franşizinin ikinci oyunudur. Filmdə baş verən hadisələr "Qisasçılar" və "Qisasçılar: Altron dövrü", eləcə də, "Birinci qisasçı", "Dəmir adam 3", "Tor 2: Zülmət aləmi" və "Birinci qisasçı: Başqa müharibə" filmlərinə əsaslanır. Videooyunda Kapitan Amerika, Dəmir adam, Halk, Qara dul, Şahingöz, Qırmızı cadugər, Civə, Tor, Altron, Loki, Qış əsgəri, Şahin, Vijn, Müharibə maşını kimi tanınmış personajlar, Şeytan dinozavr, Finq Fanq Fum kimi də az tanınmış personajlar yer alır. Bundan əlavə bir çox personaj vardır. Oyun 26 yanvar 2016-cı ildə yayımlanmışdır.

Personajlar Oyunda əvvəlki oyunda da olan personajlar daxil olmaqla oynanıla bilən 200-dən çox personaj vardır. Personajların dizaynı üçün sadəcə Marvel Kinematoqrafiya Kainatı deyil, həmçinin komiksləri də nəzərə alınmışdır. Direktor Artur Parsons qeyd edir: "Bu Qisasçıların hər şeyinin qeydidir. Komikslər, cizgi filmlər, filmlər. Bu, videooyunlarda Qisasçılar barədə sevdiyiniz hər şeydir". Əsas personajlarla yanaşı oyunda Ms. Marveli (Kamala Xan), Sem Vilsonun Kapitan Amerika görünüşünü, Miss Amerikanı, Ceyn Fosterin Tor formasını, Vikkanı və Sürəti də görmək olar. Hər iki personajın özünəməxsus birlikdə döyüşmək bacarığı var. Oyunda 800-ə yaxın komanda hərəkəti var. Personajların siyahısı

Geympley Oyunun qeympleyi digər Lego oyunlarına bənzər olub, diqqət səpələnmiş pazlları macəra ilə həll etməyə cəmləndirilmişdir. Oyunçular tez-tez onların irəliləməsinə əngəl olan maneləri keçmək üçün lazım olan cihazları düzəltmək üçün oyun mühitində səpələnmiş pazlları həll etməlidirlər. Həmçinin, oyunda bəzi fəndlər var, məsələn üçün, davam etmək üçün iki spesifik obrazdan istifadə etmək tələb oluna bilər. Super cinayətkar döyüşlərində də diqqət pazlların həllinə yönəlir və uzun vaxt götürür. Oyun başdan ayağa macəra və döyüş janrındadır, lakin bütün döyüşlərdə LEGO-ya məxsus zarafatyana tərzdə keçir. Əsas məkan Nyu Yorkdur, lakin ilk dəfə olaraq başqa personajların səyahət edə biləcəkləri yeni yerlər əlavə olunmuşdur: Asqard, Malibu, Cənubi Afrika, Helikarrier, Bartonlar ferması, Vaşinqton, Solokviya. Bundan əlavə, oyunda xüsusi nöqtələrdə vətəndaşların problemlərini həll etmək, resinq və s. kimi tapşırıqları yerinə yetirmək olar. Videooyunun ssenarisi Filmdə baş verən hadisələr "Qisasçılar" və "Qisasçılar: Altron dövrü", eləcə də, "Birinci qisasçı", "Dəmir adam 3", "Tor 2: Zülmət aləmi" və "Birinci qisasçı: Başqa müharibə" filmlərinə əsaslanır.

İstehsal

Audio Orijinal səsləndirmədən istifadə olunan Lego Marvel Super Heroes-dən fərqli olaraq Lego Marvel's Avengers oyununda oyunun əsasını aldığı altı filmdə çıxış etmiş aktyorların səslərindən istifadə edilmişdir (Lego The Lord of the Rings, The Lego Movie Videogame, Lego The Hobbit və Lego Jurassic World oyunlarında olduğu kimi). Lakin, Klark Qreqq, Kobi Smolders, Eşli Conson, Heyli Etvell əlavə dialoqlar üçün uyğun personajları səsləndirmişlər. Marvel komiksçisi Sten Li isə yenə özünü səsləndirmişdir. Robbi Deymond A-bombanı, Lu Ferillo özünü, Qreq Miller Aldrix Killian özünü səsləndirmişdir.

Yükləniləbilən məzmun Azad PlayStation 4 xüsusi yükləniləbilən məzmunun olacağı anons olunmuşdur. Bu, gələcəkdə nəzərdə tutulmuş personaj boğçası və Qarışqa-adam üzərində qurulmuş səviyyəni ehtiva edir.

Qəbul Videooyunun çıxışından sonra müxtəlif pozitiv rəylər almışdır. Oyun Metacritic-də 74 %-lik nəticə qazanmışdır. Game Informer jurnalının əməkdaşı Andru Reyner oyuna 10 xaldan 7,75 xal vermişdir. IGN-nın qiymətləndirməsi isə 6,7/10 olmuşdur. Sayt açıqlmasında bunu bildirmişdir: "Lego Marvel's Avengers əyləncəlidir, amma heyif ki, ancaq Marvel Kinematoqrafiya Kainatı ilə məhdud qalmışdır". Destructoid oyuna 10-dan 6 xal, PlayStation Lifestyle isə 10-dan 7,5 xal vermişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2016-cı ilin videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Birləşmiş Krallıq videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:2015-ci ilin videooyunları Kateqoriya:Açıq dünya oyunları Kateqoriya:Filmlərə əsaslanan videooyunlar Kateqoriya:Hadisələrin Afrikada cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin Avropada cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin Çində cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin Çində cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin Kaliforniyada cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin Nyu-York şəhərində cərəyan etdiyi videooyunlar Kateqoriya:Disney oyunları Kateqoriya:Qisasçılar (filmlər seriyası) Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Hadisələrin Almaniyada cərəyan etdiyi videooyunlar