Balıq Gölü Şərqi Anadolu regionunda, Aras Dağlarında yerləşən Türkiyənin ən yüksək göllərindən biridir. Ağrı ilində yerləşən və sahəsi 30 km² olan bu göl vulkan mənşəli göllərə aid edilir. Reşat İzbırak, 1996, Türkiye I-II, MEB Yayınları, Öğretmen Kitapları Dizisi: 196, Cilt I, İstanbul, S.123. Dəniz səviyyəsindən yüksəkliyi 2241 m, ən derin yeri isə 37 m-dir.

Göl yaxınlığındakı kəndlərin əsas su mənbəyidir. Qidalanması qarışıq olub, əsas qidalanma mənbələrinə dağ qarlıq əraziləri, çaylar və yeraltı sular daxildir. Gölün ətrafında qartal, dovşan, şahin, kəklik, tülkü, canavar, bildirçin kimi heyvanlar yaşayır. Ağrı ilindən 60 km, Daşlıçay ilçəsindən isə 26 km uzaqlıqdadır.https://web.archive.org - Ağrı Balık Gölü. ormansu.gov.tr. İstifadə tarixi: 02.12.2023

Bu ərazilər üçün sərt iqlim xarakterikdir. Qış uzun, yaz və yay isə qısa müddət davam edir. Burada 5 ay balıqçılıq buzlar qırılaraq həyata keçirilir. Xallı alabalıq müalicə məqsədi üçün də istehlak edilir.https://web.archive.org - Balık Gölü – AĞRI. turkiyesulakalanlari.com. İstifadə tarixi:02.12.2023

İstinadlar Kateqoriya:Türkiyə gölləri Kateqoriya:Türkiyənin Əhəmiyyətli Quş Bölgələri