Bala Sərxuş oğlu Nəzərov () — Tibb elmləri namizədi. Azərbaycan SSR-nin Əməkdar həkimi (1964).

Həyatı

Bala Nəzərov 1921-ci ildə Bakının Balaxanı kəndində anadan olmuşdur. Atası və əmisi xalq düşməni kimi 20 il azadlıqdan məhrum edilmiş, iki dayısı isə güllələnmişdir. Buna baxmayaraq, 1939-cu ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1943-cü ildə müalicə profilaktika fakültəsini bitirmişdir.

Tibb İnstitunun 4-cü kursunda oxuyarkən Xəzər Dəniz Səhiyyə İdarəsinin “Paris Kommunası” adına hövzə poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlamışdır. İnstitutu bitirdikdən sonra Balaxanıda 5 saylı ambulatoriyada baş həkim, hövzə xəstəxanasında ordinator işləmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dağ rayonları xəstəxanalarında cərrahiyyə şöbələri yaratmaq məqsədilə 1946-1948-ci illərdə Bala Nəzərov Gədəbəy və Lerik rayonlarına göndərilmişdir. Bala Nəzərov 1950-ci ildə Lerik rayon səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Həmin rayonun Şingədulan və Veri sovetliklərində 25 çarpayılıq xəstəxana açılmasına müvəffəq olmuşdur.

1951-ci ildə Bala Nəzərov Bakı şəhəri 5 saylı birləşmiş xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuşdur. 1955-ci ildən 5 saylı birləşmiş xəstəxananın əsasında təşkil olunmuş 13 saylı tibbi-sanitar hissəsinin (indiki 26 saylı Birləşmis Şəhər Xəstəxanası) baş həkimi işləməyə başlayır.

1966-cı ildə isə Bakı şəhəri Semaşko adına 1-saylı kliniki xəstəxanaya (indiki Kliniki Tibbi Mərkəz) baş həkim təyin olunmuşdur. Həmin vaxt xəstəxanada 1915-ci ildə tikilmiş və tamamilə yararsız vəziyyətdə olan bir mərtəbəli baraklar hal-hazırda mövcud olan korpuslarla əvəz olunmuşdur.

1988-ci ildən 1996-cı ilə qədər “Zakfederasiya” adına poliklinikasının baş həkimi, 1996-cı ildən həyatının sonuna qədər Xəzər Gəmiciliyinin poliklinikasında həkim cərrah vəzifəsində işləmişdir

2005-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR əməkdar həkimləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Tibb elmləri namizədləri