və ya — Yaponiyanın Ehime prefekturasının Ozu şəhərində yerləşən qəsr. Qəsr 1331-ci ildə memar Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. 1888-ci ildə qəsrin məhv olmuşdur, amma 2004-cü ildə yenidən bərpa edilmişdir.

Tarix Ozu qəsri 1331-ci ildə Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. Lakin qəsrin indiki halı 1585-1617-ci illərdə inşa edilmişdir. Bu dövrdə qəsr Vakisaka Yasuharu, Kobayakava Takakaqe, Todo Takatora və Toda Katsutaka kimi hökmdarlar tərəfindən istifadə olunmuşdur. 1617-ci ildə qəsr Kato Sadayasu tərəfindən ələ keçirilmiş və qəsr Meyci dövrünə qədər Kato klanının nəzarəti altında olmuşdur. 1888-ci ildə qəsrin donjonu yanğın nəticəsində məhv olmuşdur, amma dəhlizlərlə donjonla əlaqələnən iki yaqura (qüllə) salamat qalmışdır. İkinci dünya müharibəsində qəsrə bomba düşmüşdür. 2004-cü ildə donjon və yaquralarla əlaqələnən dəhlizlər bərpa olunmuşdur. Yaquralarda və donjonda qəsrin tarixindən bəhs edən kiçik muzey açılmışdır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Ozu qəsrinin profili

Kateqoriya:Ehime prefekturası qəsrləri Kateqoriya:Ehime prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyadakı tarix muzeyləri Kateqoriya:Yaponiyanın əhəmiyyətli mədəni mülkləri Kateqoriya:Yaponiyanın 100 məşhur qəsri