Kroze adaları () — Fransaının Hind okeanında yerləşən Fransanın Cənub və Antarktika ərazilərinə daxildir.
Arxipelaq 6 vulkan məşəlli adadan ibarətdir. Arxipelaq 100 km məsafədə yerləşir. Adalarda yaşayış yoxdur. Pocceson adasında Qütb stansiyası fəaliyyət göstərir. Burada 50 elmi işçi vardır. Tarixi Arxipelaq 22 (və ya 23) yanvar 1772 ildə fransız dənizçisi Marion-Dyofren tərəfindən aşkarlanmışdır. 24 yanvarda isə onlar adalarda fransız bayrağını adalara sançaraq Fransa ərazisi elan edirlər. O, adaları baş köməkçisi Jyol Krozenin şərəfinə adlandırılır.
XIX - XX əsrlərdə adalar tez-tez balina və suiti ovçuları tərəfindən ziyarət edilirdi.
1965-ci ildən Fransanın Cənub və Antarktika ərazilərinə daxil edilir.
Geologiyası adalar 50 milyon il öncə suyun üzünə çıxmışdır. Adalar vulkan məşəllidir.
İqlimi Adalar buzlaqlarla örtülü olmasa da iqlimi küləkli və rütubətlidir. Yağıntının miqdarı illik olaraq 2000 mm təşkil edir. İlin 300 günü adalarda yağış yağır. Küləyin surəti 100 km/s təşkil edir.
Qışda havanın temperaru −5 °S, yayda isə +18 °S olur. Orta aylıq temperatur +2 ° +11 °S arasında d.
Flora və fauna thumb|120px|left|Kral pinqivini Adalarda çoxlu sayda Makaronlar pinqvini və Kral pinqvini yayılmışdır. Digər növlər isə demək olar ki az (Papua pinqvini) koloniya əmələ gətirə bilirlər.
Bundan əlavə burada Suitilər və su quşları yayılmışdır (Albatroslar).
Arxipelaq 1938 ildən qoruq elan edilmişdir. Sərhədləri fransız ordusu və Qrinpis tərəfindən qorunur.
Arxipelaqın tərkibi + Qərbdən şərqə qədər doğru adalar № Adalar Sahəsi (km²) Hündürlüyü (m) Ən hündür nöqtəsi Koordinatları Fr. adı Az. adı Qərb qrupu 1 Île aux Cochons Koşon adası (donuz adası) 67 826 Mon-Rişar-Fua 2 Brisants de l’Héroïne və ya Rochers de la Meurthe Eroin və ya Mert qayaları 0 5 — 3 Île des Pingоuins Pinqvin adası 3 340 Mon-de-Manşo 4 Îlots des Apôtres (Grande Île et Petite Île) Apotr adaları (iki ada) 2 289 Mon-Per Şərq qrupu 5 Île de la Possession Posseson 150 934 Pik Maskaren 6 Île de l’Est Est adası 130 1050 Mon-Marion-Dyofren Kroze adaları 352 1050 Mon-Marion-Dyofren от 45°57' до 46°29’ c. e. от 50°10' до 52°19’ ş. u.
İstinadlar
Mənbə Mills, W. J. Exploring Polar Frontiers. A Historical Encyclopedia. Volume 1, A—L / William James Mills. — ABC-CLIO, 2003. — ISBN 1-57607-423-4. Rubin, J. Antarctica / Jeff Rubin. — Lonely Planet, 2008. — 380 P. Kroze arxipelaqının xəritəsi Kroze adaları Kroze haqqında məlumat
Kateqoriya:Hind okeanının adaları Kateqoriya:Subantarktik adalar Kateqoriya:Hind okeanının yaşayış olmayan adaları