Vanua Levu () — Ficinin ərazisində yerləşən və sahəsinə görə ikinci böyük ada. Sakit okeanda, Vanua Levu adaları qrupuna daxildir. Əvvəllər Sandalvud adası adlanırdı ().
Adı Vanua-Levu yerli dillərdə «Böyük Torpaq» adlandırılır. Coğrafiya Vanua-Levu adası Viti-Levudan 64 km şimalda yerləşir. Ən yaxın materik Avstraliyadır və ondan 2900 км. Ada cənub-şərqdən Koro dənizi ilə yuyulur.
Ada vulkanik və mərcan məşəllidir. Bəziləri isə kiçik adaların birləşməsindən əmələ gəlmişdir. Sahəsi 5587,1 km². Ada üçbucaq formaya malikdir. Uzunluğu 180 km, eni 30 – 50 km, təşkil edir. Ən hündür nöqtəsi Mon-Batini dağıdır (1111 m).
İqlimi tropikdir. Adanın şimalında şəkər qamışı yetişdirilir. Adada sikllonlar və zəlzələlər müşahidə edilir.
Adada tropik meşələr mövcuddur. Burada Səndəl ağacı və Aqatis geniş yayılmışdır. Adda bir çox çay olsa da gəmiçiliyə yararsızdırlar.
Tarixi Ada ilk dəfə Abel Tasman tərəfindən 1643-ci ildə kəşf edilmişdir. 1797-ci ildə ada Ceyms Vilson tərəfindən araşdırılmışdır.
1805-ci ildən Mbua buxtasında səndəl adaclarının tədarükünə başlayır. 1815-ci ildən isə tədrük dayandırılır. 1840-ci ilə qədər ada balina ovçularının yerləşim mərkəzi olur.
Əhalisi Vanua-Levu adasında 130 min əhali (1996) yaşayır. Əsas yaşayış məntəqələri Lambasa və Savusavudur. Lambasa şəhərində 1999-ci il məlumatına görə 25 min insan yaşayırdı.
İnzibati bölgü Vanua-Levu adası inzibati cəhətdən üç vilayətə bölünür:Mbua (adanın qərbi), Matuata (şimal-şərq) və Takaundrove (cənub-şərq). Bu üç vilayət Ficinin Şimal dairəsinə daxil dir.
İqtisadiyyat Adada əsasən kənt təsərrüfatı inkişaf etmişdir (şəkər qamışı). Son zamanlar turizmdə yüksəliş müşahidə edilir. Adada hava limanı fəaliyyət göstərir. İstinadlar
Ədəbiyyat Coğrafi eksiklopedik lüğət, М.: «Sovet ensiklopediyası», 1986. Федеральная служба геодезии и картографии России, Атлас мира, М.,1999.
Mənbə The Exceptional Flooding on Vanua Levu Island, Fiji, during Tropical Cyclone Ami in January 2003 Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları