Kəlbəhüseynli — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündə yerləşir.

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Xındırıstan bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi Ağdam rayonunda, Xındırıstan inzibati-ərazi vahidində, “Kəndi vaxtilə Kərbəlayi Hüseyn adlı şəxs saldığına görə onun adı ilə adlanmışdır”

Toponomiyası Oykonimin tərkibindəki kəlbə komponenti kərbəlayi mənasındadır. Kəlbəhüseynli “Kərbəlayi Hüseynə məxsus, Kərbəlayi Hüseynə aid” anlamındadır. Kərbəlayi dini mənalı sözdür. Kəlbəhüseynli kənd adına Masallı rayonunda da rast gəlinir.

İstinadlar

Xarici keçidlər maps.google, Ağdam, Azərbaycan

Kateqoriya:Ağdam rayonunun kəndləri