"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir.
Tarixi Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...".
Təsviri Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşpərəstlərin məbədi", sağında isə Qız qalası var.
Tənqid İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.
Həmçinin bax Bəstəkar Qara Qarayevin portreti
İstinadlar
Kateqoriya:Tahir Salahovun rəsm əsərləri Kateqoriya:Triptixlər Kateqoriya:2007-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:2007-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan rəsm əsərləri