Şərqiyyə Hüseynova — televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2006).

Həyatı Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəlib. 1969-cu ildə ailə qurub. 1971-ci ildə qızı Mehriban dünyaya gəlib. Qızının da bir qızı var — Ayan.

4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Hüseynova Şərqiyyə Qurban qızına Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adı verilmişdir.

Aktyor Ələkbər Hüseynovun xalası qızıdır.

Filmoqrafiya Qoy oturmuşuq (veriliş, 2007)

İstinadlar

Kateqoriya:Diktorlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri