Kamçatka vilayəti — 1 iyul 2007-ci ilə qədər Rusiya Federasiyasının Dalnevostok federal dairəsi ərazisinə daxil olan inzibati bölgə. Bu vilayət cənubdan Birinci Kuril boğazı ilə Saxalin vilayətindən ayrılırdı. Şimal-qərb və şimaldan (əvvəlki, Koryak muxtar dairəsi) Maqadan vilayəti və Çukotka Muxtar Dairəsi ilə sərhəd təşkil edirdi.

Kamçatka vilayəti 20 oktyabr 1932 ildə yaradılmışdır.

22 iyul 1934 ildən vilayətin ərazisi Çukotka Muxtar Dairəsi və Koryak muxtar dairələrinə bölünür.

23 yanvar 1956 ildən müstəqil vilayətə çevrilir. Kamçatka vilayətinin tərkibinə Koryan muxtar vilayəti daxil idi.

23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi vilayətlərin birləşdirilməsi olur. Əhalinin böyük hissəsi bu layihəni dəstəkləyir. 7 iyul 2006 ildə parlament referendumun nəticələrini təstiqləyir. Bununla da Kamçatka vilayəti ilə Koryak muxtar vilayəti birləşdirilərək Kamçatka diyarı adlandırılır. области и Корякского автономного округа».

1 iyul 2007-ci ildə Rusiya Federasiyasında yeni ərazi bölgüsü aparılır. Kamçatka vilayətinin adı dəyişdirilərək Kamçatka diyarı adlandırılır

Vilayətin sahəsi: 170 800 km².

Əhalisi:2002 il məlumatına əsasən vilayətdə 333 644 nəfər yaşayırmış: Milli tərkib: 1) Ruslar — 277 min. 389 nəf. (83,14 %) 2) Ukraynalılar — 19 min. 841 nəf. (5,95 %) 3) Milliyətini bildirməyiblər: 11 min. 407 nəf. (3,42 %) 4) Tatarlar — 3 min. 401 nəf. (1,02 %) 5) Belaruslar — 3 min. 347 nəf. (1,00 %) Əhalinin əraziyə nisbəti: 0,7 nəf./km² (2005), şəhər əhalisi: 79,2 % (2005).

Rayonlar Vilayətə 7 rayon daxil idi: Aleut rayonu Bıstrınski rayonu Elizovski rayonu Milkovski rayonu Sobolevski rayonu Ust-Bolşereskiy rayonu Ust-Kamçatskiy rayonu

Yaşayış şəntəqələri Vilayətin ərazisində 59 yaşayış məntəqəsi olmuşdur: 3 şəhər, 27 qəsəbə və 29 kənd.

Yaşayış məntəqələrinə görə əhalinin sayı 2007 ilin 1 yanvarına olan məlumat Petropavlovsk-Kamçatski 195,1 Oktyabrski 2,2

Elizovo 39,8 Ust-Bolşeresk 2,1

Vilyoçinsk 24,6 Nikolayevka 1,9

Milkovo 8,9 Sobolevo 1,9

Klyuçi 6,4 Paratunka 1,8

Usr-Kamçatsk 4,4 Kazirevsk 1,7

Pionerski 3,1 Vulkannıy 1,6

Koryaki 3,0 Naqornıy 1,6

Razdolnıy 2,8 Novıy 1,2

Esso 2,6 Lesnoy 1,1

Ozerovski 2,6 Apaça 1,1

Termalnıy 2,4 Sokoç 1,0

Bələdiyyə bölgüsü

Petropavlovsk-Kamçatski şəhər dairəsi Vilyuçinski şəhər dairəsi Aleut bələdiyyə rayonu Nikolayevski kəndi Nıstrinski bələdiyyə rayonu. Esso kəndi, Anavqay kəndi Yelizovski bələdiyyə rayonu Yelizovskoye şəhərçiyi Vulksnnoye şəhərçiyi, Naçindki kəndi, Novolesnovskote kəndi, Koryakskoye kəndi, Razdolnenskoye kəndi, Nikoloyeva kəndi, Novoaçindkikəndi, Pionerskoye kəndi, Paratunskoye kəndi. Milkovski bələdiyyə rayonu Milkovskoye kəndi, Atlaskoye kəndi Sobolevski bələdiyyə rayonu Sobolevskoye kəndi, Ustevoye kəndi, Krutoqorskoye kəndi, İçinskoye kəndi Усть-Большерецкий муниципальный район Oktyabrskoye şəhəri, Ozernovoye şəhəri, Ust-Bolşereskoye kəndi, Apaçin kəndi, Kavalerskoye kəndi, Zaporojskoye kəndi Ust-Kamçatskiy bələdiyyə rayonu Ust-Kamçatskoye şəhəri Kloçevskoye kəndi, Kozırev kəndi

İstinadlar

Mənbə Камчатский информационный интернет-портал Ежедневные новости и фотографии города, информация из Елизовского аэропорта Рельефная карта вулканов Камчатского полуострова «Komandor adaları» .

Kateqoriya:Kamçatka diyarı Kateqoriya:1932-ci ildə yaranmış dövlətlər və ərazilər