Quldərviş - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 8 km cənub-şərqdə, Alagöz dağının cənub-şərq ətəyində yerləşir.

Toponim qıpçaq tayfasından olan qul etnonimi iləБаскаков Н.А. Введения и изучения тюркских языков, Изд.2е, М., «Высш.школа», 1969. s.235 dərviş sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Vosketas qoyulmuşdur.

Əhalisi Kənddə 1873 - cü ildə 190 nəfər, 1886-cı ildə 243 nəfər, 1897-ci ildə 261 nəfər, 1904 - cü ildə 327 nəfər, 1914 - cü ildə 346 nəfər, 1916-cı ildə 368 nəfər yalnız azərbaycanlı yaşamışdır erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.36-37, 118-119.

1918-ci ilin yanvar-fevral aylarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

Quldərvişdə 1918-ci ildə kəndin 400 nəfərdən artıq əhalisi işgəncələrlə öldürülmüş, salamat qalanlar isə daglarla Türkiyənin müxtəlif vilayətlərinə qaçmışlar. Kəndə ermənilər sahiblənmişlər.Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.

İstinadlar

Xarici keçidlər

Kiesling, Rediscoving Armenia, p. 19, available online at the US embassy to Armenia's website

Kateqoriya:Talin kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri