İmperator Cimmu () — Yapon ənənəsinə əsasən Yaponiyanın ilk imperatoru. Adətən hakimiyyətə başladığı il E.ə. 660-cı il kimi qəbul edilir.Kitagawa, Joseph. (1987). On Understanding Japanese Religion, səh. 145 Mifoloji inanca görə o, Yapon tanrısı Uqayafukiaezu və ilahə Tamayori-bimenin övladıdır. Hakimiyyətə başladığı 11 fevral günü Yaponiyada Milli Bünövrə Günü kimi qeyd olunur.
İmperator Cimmu adının bu mifoloji qəhrəmana ölümündən sonra verildiyi düşünülür. Bu adın struktur baxımından Çin mənşəli olması və müasir dövrdə ümumiyyətlə Buddist adı kimi qəbul edilməsi səbəbindən, adın ona ölümündən əsrlər sonra — "Kociki" tərtib edilərkən verildiyi güman edilir. "Cimmu" sözü "ilahi güc" mənasını verir.
İstinadlar
Kateqoriya:E.ə. 711-ci ildə doğulanlar Kateqoriya:E.ə. 585-ci ildə vəfat edənlər Kateqoriya:Mifik hökmdarlar