Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi.
Həyatı
1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələdiyyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi.
Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi:
–Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.
Bu vaxt yerli antikommunist təşkilatının başçılarından biri olan Koqa balkondan içərisi dinamitlə doldurulmuş və bir neçə kapsul bərkidilmiş butulkanı tribunaya atdı. Əldəqayırma qumbara Tokudadan lap iki metr aralı düşdü. Lakin xoşbəxtlikdən o, fərli hazırlanmamışdı–düşən zaman kapsullar butulkadan kənara sıçradı və dinamit alışmadı. Buna baxmayaraq iki kapsul Tokudanın lap ayaqları yanında partladı. O, boynundan, sol əlindən və çiynindən yaralandı (sonralar bu yaralardan otuz səkkiz qəlpə çıxarılmışdı). Zalda böyük çaxnaşma düşdü və bu, sui-qəsdçinin qaçıb aradan çıxmasına kömək etdi.
Lakin Tokuda mitinqin pozulmasına yol vermədi. O, bir də tribunaya qalxdı və hamını sakit olmağa çağıraraq dedi: «Məni belə sui-qəsdlərlə qorxutmaq olmaz». Qanına bulaşan Tokuda öz məruzəsini yarım saat da davam etdirdi. Təkrar sui-qəsddən qorumaq üçün onlarla kommunist Tokudanı əhatə etdi. Mitinq böyük canlanma, misilsiz ruh yüksəkliyi şəraitində qurtardı. Yalnız bu zaman Tokuda yerli xəstəxanaya getməyə razılaşdı və orada ona ilk yardım göstərildi. O, bir neçə gün sonra, hələ yaraları sağalmamış, Kyusyu adası boyu hər yerdə müvəffəqiyyətlə keçən səfərini davam etdirdi.
Kyuiti Tokudaya sui-qəsd haqqında qəzetlərin və radionun verdiyi xəbərlər bütün ölkədə yapon zəhmətkeşlərinin böyük həyəcanına, lənətinə səbəb oldu. Həmkarlar ittifaqları, kommunistləri təqib mühiti yaradan və faşist ünsürlərin azğın çıxışlarını şirnikləndirən hökumətin siyasətinə qarşı etiraz əlaməti olaraq, dərhal birsaatlıq ümumi tətil keçirməyi qərara aldı. Tokioda, Osakada, Fukuokada və digər iri şəhərlərdə etiraz mitinqləri keçirildi. Bir çox fəhlə və kəndli təşkilatları, o cümlədən Yaponiya istehsalat həmkarlar ittifaqları Konqresi, Dövlət dəmiryol işçiləri həmkarlar ittifaqı, Yaponiya Kəndli ittifaqı mətbuatda bəyanatlarla çıxış etdilər. Mətbuat və radio Kyuiti Tokudanın müstəsna dərəcə igidliyini, onun kommunizm ideyalarına sarsılmaz inamını qeyd edirdi.
Fəhlələr iftixarla deyirdilər:–Əziz TokyuTokyu–Tokuda Kyuitidən ixtisardır. bizimlədir, bizi zəhmətkeş adamın mənafeyi uğrunda, haqq işi uğrunda mübarizəyə aparır. Kyusyu adasındakı terrorçuluq aktı təsadüfi hadisə deyildi. Bundan bir neçə gün əvvəl, 1948-ci il iyulun 14-də İtaliyada imperialist qüvvələrinin agentləri Palmiro Tolyattini öldürməyə cəhd etmişdilər. Jak Dükloya və digər kommunist partiyalarının bəzi rəhbərlərinə də sui-qəsdlər edilmişdi. O zamanlar fəhlə sinfinin və bütün zəhmətkeşlərin üzərinə hücuma başlayan beynəlxalq irtica kommunist və fəhlə hərəkatının görkəmli rəhbər xadimlərini məhv etməyə cəhd edirdi. Belə bir şəraitdə proletar həmrəyliyini, zəhmətkeşlərin hərəkat birliyini maksimum möhkəmlətmək xüsusilə vacib idi.
Tokudaya sui-qəsd edilən günün ertəsi, iyulun 20-də axşam, Yaponiya Kommunist Partiyasının Mərkəzi Komitəsi Moskvadan teleqram aldı. Teleqramda deyilirdi ki, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi «yoldaşımız, Yaponiya fəhlə sinfinin görkəmli rəhbəri Tokudanın həyatına yapon xalqının düşmənlərinin mənfur əlaltıları tərəfindən alçaqcasına sui-qəsd edilməsi xəbərini hiddətlə eşitdi». Sov.İKP Mərkəzi Komitəsi əmin olduğunu bildirdi ki, Tokuda yoldaş «tezliklə özünün fəaliyyətinə qayıdacaqdır».
Başqa ölkələrin kommunist partiyaları da bu sui-qəsdə qarşı dərhal qəzəblə səsləndilər. İtaliya Kommunist Partiyasının Mərkəzi orqanı «Unita» qəzeti iyulun 20-də yazırdı: «Fəhlə sinfinin rəhbərlərindən birinə qarşı edilən yeni cinayət–belə cinayətlərin ilhamçılarını açıqcasına ifşa edir. İtaliya və Fransada olduğu kimi, Yaponiyada da müharibə qızışdıranlar bu ölkələri asanlıqla müharibəyə sürükləməkdən ötrü demokratiya qüvvələrini boğmağa cəhd göstərirlər. Müharibə qızışdıranların İtaliyada aldıqları və Yaponiyada alacaqları cavab onlar üçün ciddi xəbərdarlıq olar». Həmin günlərdə sovet şairi K.Simonov özünün «Yox» şeirini Kyuiti Tokudaya həsr etmişdi:
Tokuda yoldaşı Tokioda mən On beş il yatdığı həbsxanadan Beşcə dəqiqəlik bir yolu olan, Karxanalardakı mitinqdə gördüm. O, həm az danışan, həm sakit idi, Yorğun alnı vardı. Dodaqlarıysa, İnadlı bir tərzdə sıxılmışdı bərk. Var idi əynində elə qapıda Nəzarətçiləri itələyərək Geyindirildiyi bir sadə pencək... Sui-qəsd zamanı, döyüş zamanı Həmin o pencəyi geyibmiş yəqin, On beş il dediyi o yox kəlməsin, Deyirdi düşmənə: Yox! Yox! Yenə, yox! – Tokuda çıxınca həbsxanadan. Kinli bir dəlinin ədasıyla yox, Onunla bu sözü öldürmək üçün Başının üstündə gəzirdi ölüm. Guya ki, bununla o sərsərilər. Gələn kommunizmi öldürəcəklər.
Yaşam tarixçəsi
Yapon xalqının görkəmli oğlu Kyuiti Tokuda 1894-cü il sentyabrın 12-də Okinava adasındakı Kuntyan qəzasının Maqo kəndində anadan olmuşdur. Atası Saxey Tokuda gəncliyində çapçı fəhlə, sonralar da bələdiyyə qulluqçusu olmuş, uşaq on iki yaşında ikən, vəfat etmişdi. Kyuiti komaya oxşar köhnə bir evdə yaşayıb boya-başa çatmışdı. Ailəsi çox kasıb idi. Kyuitiyə təhsil verməkdən ötrü dövlətli qohumlarından birinə–alverlə və sələmçiliklə məşğul olan ana nənəsinə müraciət etməli olmuşdular. Əlbəttə kömək əvəzsiz göstərilməmişdi: gimnaziyanı bitirənə qədər Kyuiti qeydlər və hesablar aparar, borclulardan pul yığar və bu qəbildən olan başqa tapşırıqları da yerinə yetirərdi. Öz xatirələrində Tokuda yazırdı: «Navi şəhərindəki gimnaziyaya mən on üç yaşında daxil oldum və bu vaxtdan da sələmçilərin fəhlələri, kəndliləri və sair kasıb adamları necə istismar etdiklərini yaxşı bilirdim». Tokudada hər hansı ictimai ədalətsizliklə mübarizə aparmaq zərurətinə dərin inam belə yarandı. Gimnaziyada oxuduğu illərdə onun mütaliə etdiyi ilk ciddi kitablar–Temin Nakaenin Nakae Temin (1845–1901)– məşhur yapon filosofu və yazıçısıdır. Onun dünyabaxışı daha çox XVIII əsr fransız maarifpərvərlərinin ideyalarının təsiri altında yaranmışdır. «İtinenyuxan» («İl yarım») və «Dzoku itinenyuxan» («Sonrakı il yarım»), habelə 1879-cu il Fransa burjua inqilabının tarixinə dair kitablar idi. Nakae Teminin bu kitabları feodalizm əsarətindən və xalqın feodallara və mülkədarlara qarşı inqilabi mübarizəsindən bəhs edirdi. Sonralar, on yeddi yaşında, Tokuda Syusuy Kotokunun «Sosializmin mahiyyəti» kitabını da oxumuşdu. Bu kitablar, zəhmətkeşlərin mənafeyi uğrunda bir mübariz kimi Tokudanın dünyabaxışının formalaşmasında mühüm rol oynadı.
1911-ci ilin martında gənc Kyuiti gimnaziyanı müvəffətiyyətlə bitirdi. O, təhsilini Tokioda davam etdirmək arzusunda idi, lakin başa düşürdü ki, paytaxt ali məktəbinə qəbul imtahanlarını vermək ona, Okinava sakininə bir o qədər də asan olmayacaqdır. Tam bir il o hazırlaşdı, bütün gimnaziya kursunu bir də təkrar etdi. O vaxt Tokioya qədər Kyuitiyə tam bir həftə yol getmək lazım idi. Beləliklə o, 1912-ci ilin aprelində Tokioya gəldi. Tokuda yeddinci şəhər kollecinə daxil ola bildi. Lakin kollecdəki vəziyyətlə razılaşa bilmədi. Sonralar o, öz tərcümeyi-halında yazırdı: «Kollecdə yalnız xarici dillər tədris edildiyi üçün mən oxumağı tərk etdim və sevdiyim işlə, başlıca olaraq sosializmə aid kitabları oxumaqla məşğul oldum». 1913-cü ildə on doqquz yaşlı Tokuda Okinavaya qayıtdıqdan sonra adanın şimalındakı Ava kəndində ibtidai məktəb müəllimi işlədi. O zamankı dərsliklər başdan-başa şovinist və monarxist ruhu ilə dolu idi, ona görə də gənc müəllim bunlardan istifadə etmirdi. O, çox mütaliə edirdi. Tolstoyun, Dostoyevskinin, İbsenin əsərlərini oxuyur və uşaqları da o zamanın tərəqqipərvər yazıçılarının kitablarını oxumağa öyrədirdi. O xatırlayaraq deyirdi ki: «Mən hər şeydən çox rus ədəbiyyatından olan əsərlərin məzmununu nağıl etməyi sevirdim».
Bir az keçəndən sonra Kyuiti Tokuda prefektura idarəsində kiçik qulluqçu vəzifəsinə işə keçir. Burada o, yapon kəndlilərinin, sənətkarlarının, şəhərlilərin hüquqsuz həyatını daha yaxşı öyrəndi. O məzlumlara daha çox rəğbət bəsləyir, bacardığı qədər ədalətsizliyəvə istismara qarşı mübarizə aparırdı. Təhsilini davam etdirmək, sadə xalqın mənafeyi uğrunda mübarizəyə daha yaxşı hazırlaşmaq həvəsi Tokudanı ikinci dəfə doğma yurdunu tərk etməyə vadar edir. 1917-ci ilin fevralında o yenə Tokioya gəlir, bankda işə girir, axşamlar isə «Nippon» universitetinin hüquq fakültəsində oxuyur və buranı 1920-ci ilin martında fərqlənmə ilə bitirir.
Böyük Oktyabr inqilabı Yaponiyada ikqilabi hərəkatın inkişafına böyük təsir göstərir. Tokuda da öz həyatını bu hərəkata həsr edir. O, sosializmi öyrənən dərnəyə daxil olur, zəhmətkeşlərin inqilabi mübarizə nəzəriyyəsi məsələləri ilə ciddi məşğul olmağa başlayır, yapon fəhlələri arasında sosializmi təbliğ edir. Tokuda Tokioda proletariatın mübarizəsində bilavasitə iştirak etməyə başlayır. Kyuichi Tokuda declared his intention to lead a movement to overthrow the emperor and the powerful ruling families of Japan, and asserted that he would lead a campaign for a republic and redistribution of the land.
Döyüş meydanında ilk sınaq
1918-ci il avqustun beşində iri yapon qəzeti «Tokioniti-niti» gurultulu başlıq altında belə bir məqalə dərc etmişdi: «Balıqçı arvadları düyünün qiymətinin aşağı salınmasını qətiyyətlə tələb edirlər. Onlar, həyəcana gəlmiş adamları sakitləşdirmək üçün çağırılan polislə vuruşmağa başlayıblar. Yaralananlar vardır». Bu xəbərdə–Xonsyu adasındakı Toyama prefekturasının şimalında Nisimisubasi balıqçı kəndində 1918-ci il avqustun 8-də baş vermiş ciddi həyəcanlardan söhbət gedirdi. Zəhmətkeşlərin kütləvi çıxışlarına xalq kütlələrinin əsas yeməyi olan düyünün qiymətinin xeyli artırılması səbəb olmuşdu. Yaponiyanı bir aydan artıq sarsıdan «düyü üsyanı» belə başlanmışdı.
Birinci Dünya müharibəsi yapon xalqının onsuz da ağır vəziyyətini daha da pisləşdirdi, lakin bu müharibənin sonu da xalq kütlələrinin gözlədiyi sülh və rahatlığı təmin etmədi. Yaponiyanın hakim dairələri Sovet Uzaq Şərqində müdaxiləyə başlamağı qət edən zaman düyünün qiyməti çox artdı. 1917-ci ildə 1 se düyünün qiyməti 12 senSe (həcm ölçüsü)–1,8 litrə; 1 sen–0,01 ienə bərabərdir., 1918-ci il avqustun 3-də 38 sen idi, avqustun 9-da isə 1 se düyüyə artıq 53 sen vermək lazım gəlirdi.