Goravan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Vedi çayının sahilində, Vedi kəndinin cənubunda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvanİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.51, Qafqazın 5 verstlik xəritəsində Goravan kimiПагирев Д. Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К. П. Казловского, 1913. s.61 qeyd edilmişdir.

Toponimi Toponim qədim türk dilində "mal-qara üçün pəyə", "həyət" mənasında işlənən kora sözünə Радлов В. В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.551, urartu dilində "ölkə yer" mənasında işlənən "ebani", "abani" sözünün332, s.68258, s.75 fonetik forması olan avan (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Yuxarıda qeyd edilmişdir ki, kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.61 qeyd edilmişdir. Toponimin Kürəvan formasının kökünü kürə sözü təşkil edir. Bu söz də qədim türk dilində kura formasında "mal-qara pəyəsi" mənasını ifadə edirРадлов В. В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.920. Kəndin adı yerli tələffüz forması Gorvan olduğuna görəErmənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1944-cü il tarixli fərmanı ilə dəyişdirilib Yenikənd qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı yenidən dəyişdirilib Goravan adlandırılmışdır. Türk dillərində kora (Azərbaycan dilindəki qura) "qışlaqda gecələr mal-qaranı salmaq üçün tikinti" və avan "kənd" sözlərindən ibarətdir. Kora və kura eyni məna bildirən müxtəlif fonetik formaya malik sözlərdir. Gorovan toponimi "mal-qara saxlanılan yer" mənasını bildirir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi Kənddə 1831-ci ildə 9 tatar ailəsi, 35 kişi, 24 qadın, cəmi 59 nəfər, 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 325 nəfər, 1897-ci ildə 530 nəfər, 1904-cü ildə 634 nəfər, 1914-cü ildə 697 nəfər, 1916-cı ildə 614 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.84–85, 154–155. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, Türkiyənin Muş, Şadax, Van bölgələrindən (1918-ci ildən sonra) köçürülən ermənilər Goravanda yerləşdirilmişdir. Burada 1922-ci ildə 393 nəfər azərbaycanlı, 164 erməni, 1926-cı ildə 403 nəfər azərbaycanlı, 132 erməni, 1931-ci ildə 466 nəfər azərbaycanlı, 135 erməni, 1939-cu ildə 706 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. 1948–1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar zorla Azərbaycana (Dağlıq Qarabağa, sonra isə Xanlara99, s.396–397) köçürülmüşdür. İndi kənddə yalnız ermənilər məskunlaşıb.

İstinadlar

Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri