Zayed Universiteti () — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əbu-Dabi şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi.Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir.
Tarixi Universitetin əsası 1988-ci ildə qoyulmuşdur.
Təsis olunduğu vaxt Zayed Universiteti yalnız qızlar üçün nəzərdə tutulsa da, sonradan burada oğlanların da təhsil almasına icazə verilib.
Fəaliyyəti Bu ali təhsil müəssisəsi humanitar və təbiət elmləri, biznes elmləri, kommunikasiya və media, təhsil və informasiya sistemləri adlı 5 kollecdən ibarətdir. Universitetdə tədris əsasən ingilis dilində aparılır.
İngilis dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Əbu-Dabi Təhsil Şurası Zayed Universiteti ilə birgə ibtidai təhsil üzrə pilot proqram hazırlamışdır. Belə ki, bu ölkədə ingilis dilində səlis danışmağı bacarmayanların işlə təmin olunması xeyli çətindir. Ona görə də bu proqramın genişləndirilərək ölkənin bütün məktəblərində tətbiq olunması planlaşdırılır.
Kampusu Universitetin Əbu-Dabi şəhərində yerləşən kampusu 2011-ci ildə "Xəlifə Şəhər"də salınmış yeni kampusa köçürülmüşdür. Onun Dubay kampusu isə 2006-cı ildən Əl-Ruvayyahda - Dubay Beynəlxalq Akademik Şəhərciyində yerləşir.
Kitabxanası Universitetin zəngin kitabxana fondu var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:BƏƏ universitetləri Kateqoriya:1988-ci ildə yarananlar