Həmid Alimcan(, ) — Özbək şairi, dramaturqu, tənqidçisi. Müasir özbək ədəbiyyatının yaradıcılarından.

Həyatı Həmid Alimcan 1909-cu ildə Cizzax şəhərində anadan olmuşdur. Həmid Alimcan ilk təhsilini başa vurduqdan sonra Səmərqənd şəhərinə yola düşmüşdür. O, Səmərqənd pedaqoji məktəbində təhsilini davam etdirmiş və 1928-ci ildə buranı müvəffəqiyyətlə bitirmişdir. H.Alimcan 1928-1930-cu illərdə Səmərqənd Pedaqoji Akademiyasının ictimai elmlər bölməsində təhsil almışdır. Özbək ədəbiyyatının tanınmış şəxsiyyətlərindən olan Uyğun, Aydın, Mirtemir, Cəlal Əkrəmi burada olduğundan H.Alimcan onlarla tanış olmuş və yaxınlıq etmişdir. Ümumiyyətlə, akademiyada mövcud olan elmi-ədəbi mühit onun bir şəx siyyət və sənətkar kimi formalaşmasında mühüm rol oynamışdır.

H.Alimcan ilk şeirini tələbəlik illərində yazmışdır. Şairin bu dövrdə yazdığı şeirlər kitab halında 1929-cu ildə çapdan çıxmışdır. O, 1930-cu ildə pedaqoji akademiyanı bitirmiş, ilk əvvəllər qəzet və jurnallarda çalışmışdır. Bir qədər sonra isə elmi-tədqiqat institutunda işləmiş, ədəbiyyatın nəzəri məsələlərinə dair tədqiqatlar aparmışdır. Nəvai və Muqumi kimi sənətkarların yaradıcılığını tədqiq edən sanballı əsərlər yazmışdır.

H.Alimcanın bədii yaradıcılığında milli hisslərin эüclü olması, istər-istəməz onun bir sənətkar olaraq müəyyən məhdudiyyətlər ilə üzləşməsinə эətirib çıxarmışdır. Belə ki, 30-cu illərin ortalarından başla ya raq o, millətçi və burjua ideoloэiyasının təbliğatçısı kimi təqib üzvlüyündən kənarlaşdırılmışdır. H.Alimcan qısa müddətdən sonra yenidən birliyə üzv qəbul olunmuş, özünün elmi və bədii yaradıcılığını davam etdirmişdir. O, 1939-cu ildə Özbəkistan Yazıçılar Birliyinə sədr təyin olunmuşdur.Quliyev Elman Hilal oğlu. Türk xalqları ədəbiyyatı: dərslik /E. Quliyev; elmi red. H. Qasımov ; rəyçilər B. Nəbiyev. Bakı : Conatant Empary , 2011, 567 s. səh.226-227.

Hələ sağlığında onun əməyinə yüksək qiymət verilmişdir. 1939-cu ildə o, Şöhrət ordeni ilə mükafatlandırılmış, 1943-cü ildə isə Özbəkistan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Həmid Alimcan 1944-cü ildə vəfat etmişdir. O, qısa, lakin şərəfli bir ömür yaşamışdır. Hazırda Özbəkistanın bir çox küçə, meydan, institut, orta məktəb, metro və s. yerləri onun adını daşıyır. 1979-1984-cü ildə ədibin seçilmiş əsərlərinin 10 cildliyi çapdan çıxmışdır.

İstinadlar

Həmçinin bax Özbək ədəbiyyatı

Kateqoriya:Özbəkistan şairləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Özbəkistan dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Çiğatay qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Özbəkistan tarixi