və ya — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto.
Adı Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.
Kinki sözü və sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi.
Coğrafiya Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir.
Parklar İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı
Dağlar Çuqoku dağların şərqi hissəsi
Göllər Biva gölü
Çaylar Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı
Əhali Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir.
Tarix Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi. 794-cü ildən bəri Yapniyanın paytaxtı Kansay regionun Kioto şəhəri olub. 1603-cü ildə isə onun yerini Edo (müasir Tokio) almışdı. Lakin ona baxmıyaraq ki, paytaxt artıq Kansayda deyildi, Osaka və Kioto hələ də Yapon iqtisadiyyatın mərkəzləri idilər.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya regionları