Şeyx Mucibur Rəhman (; ) — Banqladeş Respublikasının siyasi lideri və dövlətin qurucusu. Banqladeş Respublikası Müvəqqəti Hökumətin baş naziri olmuş və 1971-ci ildə Banqladeşin ilk prezidenti seçilmişdir. Xalq arasında Şeyx Mucib və ya sadəcə Mucib adlanan Mucibur Rəhman Bangabandhu ( — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür. O, həmçinin "Banqladeş xalqınının atası" adlanır. Onun qızı Şeyx Hasina 2009-cu ildə ölkənin baş naziri seçilmişdi.
Həyatı Mucibur Rəhman Britaniya Hindistanının Benqal əyaləti Gopalganc rayonu Tongipara kəndində anadan olmuşdurRashid, Harun-or. "Rahman, (Bangabandhu) Sheikh Mujibur" Asiatic Society of Bangladesh. İstifadə tarixi:2015–11–8. Kəlküttə və Dakka Universitetlərində hüquq və siyasi elmlər ixtisaslarında təhsil aldı. Gənc yaşlarından İngilislərə qarşı azadlıq hərəkatına qoşulur və həbs edilir. 1949-cu ildə Avropa Birliyinin qurucuları arasında yer aldı və birliyin baş katibliyi vəzifəsini tutdu. 1955-ci ildə Pakistan Milli Məclisinə üzv seçildi. 1958-ci ildə inqilabla hakimiyyətə gələn Əyyub xana qarşı çıxdı. 1965-ci ildə Şərqi Pakistanın muxtariyyət verilməsi üçün proqram hazırladı. Ölkəni parçalamaq səbəbi ilə günahlandırılaraq həbs edilən Mucibur xalqın təzyiqi ilə azad edilir. 1969-cu ilin martında Əyyub xanın yerinə Yəhya xan hakimiyyətə keçdi.
Yəhya xan Mucibur Rəhmanın istəklərinə çox sərt münasibət bəslədi. Qərbi Pakistan ordusunu Şərqi Pakistana yeritdi. Şərqi Pakistan əhalisi Hindistana sığındı. Hindistan silahlı qüvvələri hesabına Qərbi Pakistanı məğlub etdilər. hakimiyyətə gələn Zülfüqar Əli Butto tərəfindən azadlığa buraxılan Mucibur 1972-ci ilin yanvarında Banqladeşin baş naziri olur. 1975-ci ilin əvvəllərindən prezident vəzifəsinidə ələ keçirdi. 1975-ci ilin 15 avqust tarixində çevrilişlə hakimiyyətdən getdi və ailəsi ilə birlikdə öldürüldü.
Həmçinin bax Banqladeş istiqlal müharibəsi
İstinadlar
Kateqoriya:Banqladeş siyasətçiləri Kateqoriya:Banqladeş prezidentləri Kateqoriya:Öldürülmüş prezidentlər Kateqoriya:Siyasi məhbuslar Kateqoriya:Sosialistlər