Tahir Zayıdağa oğlu Kərimli () — Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), Vəhdət Partiyasının qurucusu və sədri (1998-2025).

Həyatı Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirmişdir.

Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləmişdir.

Evlidir, dörd övladı vardır.

İctimai-siyasi fəaliyyəti Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olmuşdur.

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir.

1998-ci ildən 2025-ci ilin iyun ayına qədər Vəhdət Partiyasının sədri olub. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir.

Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.

Şəxsi həyatı 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:İsmayıllı Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Vəhdət Partiyasının sədrləri Kateqoriya:Bakı və Kəndlər Birliyinin üzvləri Kateqoriya:Çilingərlər