Con Lennon Parkı () — Kubanın Havana şəhərinin Vedado rayonunda yerləşir.

The Beatles qrupunun sabiq üzvü Con Lennonun şərəfinə adlandırılmışdır. Parkda musiqiçinin tunc heykəli quraşdırılıb, abidənin aşağında isə belə yazı çap olunub: "Dirás que soy un soñador pero no soy el único", bu Imagine mahnısından ispan dillinə tərcümə olunmuş sətirdi ("Mənə bir xəyalpərəst deyə bilərsən,amma mən tək deyiləm").

Heykəl 2000-ci il dekabrın 8-də parka yerləşdirilmişdi. O andan sonra park öz indiki adını almışdı. Memar Xose Vilya heykəltəraşlıq əsərinin müəllifidi. Dövlət başçısı Fidel Kastro açılış mərasimində iştirak etmişdir.

Abidə məşhur kubalı jurnalist və tərcüməçi Ernesto Xuan Kastelyanosanı "John Lennon en La Habana with a little help from my friends" kitabın yazılması üçün ruhlandırdı. Əsər 2005-ci ildə işıq üzünü gördü. Kitabda heykəlin düzəldilməsi və Kubada 1960-70 illərdə the Beatles musiqisinin yayılması barədə bəhs olunur.

Parka düzgün düzbucaqlı formaya malikdir. Bəzən burada klassik gitara musiqi konsertləri keçirilir.

Maraqlı faktlar 2000-ci ilə qədər parkın müəyyən bir adı yox idi, və Havananın digər böyük olmayan parkları kimi yaxında yerləşən küçələrin adlarına görə qeyd edilirdi — 17-ci küçənin parkı, 6-cı və 8-cı arası

Sərgi

Ədəbiyyat

Mənbə http://www.casantigua.justincuba.com/histodata/spanish/lennon.html

Kateqoriya:Kuba parkları Kateqoriya:Con Lennon Kateqoriya:The Beatles