Nemət Əhəd oğlu Pənahlı () — siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri.

Həyatı Nemət Pənahlı 1962-ci ildə Naxçıvan MSSR-də anadan olub.

Siyasi fəaliyyəti O, Meydan hərəkatında və ardınca Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. 1993–1995-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışıb.

1995-ci il parlament seçkilərində Nemət Pənahlı sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. AMDP proporsional seçkilərdə ümumi səslərin 1,20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Nemət Pənahlı isə deputat seçilə bilməmişdir.Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357

Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürmüşdür.AXTARIŞ ZAMANI NEMƏT PƏNAHLININ EVİNDƏN VİDEOKASETLƏR, DİSKLƏR, QƏZETLƏR GÖTÜRÜLÜB

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri olmuşdur.

Həbsi 2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı ildə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Milli Dövlətçilik Partiyasının üzvləri