Öncəgörmə () — rejissor Eldar Ryazanovun 1993-cü ildə Rusiya və Fransanın birgə istehsalı ilə lentə aldığı film.

Məzmun Hadisələr 1990-cı illərin əvvəlində Moskvada cərəyan edir. Qaraçı qadın orta yaşlı yazıçının taleyi ilə bağlı öz öncəgörmələrini deyir: onu gözlənilməz görüş, böyük sevgi və tələsik ölüm gözləyir. Öncəgörmə həyata keçməyə başlayır: qəhrəman öz gəncliyi ilə qarşılaşır və əsl məhəbbətini tapır. Həyatının sonuncu günlərini yaşayaraq öz keçmişini canlandırır və yenidən mövcud olmağının itirilmiş mənasını əldə edir.

Film haqqında

Film Eldar Ryazanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. bu povest ilk dəfə 1992-ci ildə "Gənclik" jurnalının birinci və ikinci nömrəsində dərc edilmişdi. Əsas qəhrəman Oleq Vladimiroviç Qoryunov rejissorun özünün prototipidir.Эльдар Рязанов. Моей душе покоя нет — документальный фильм . youtube.com, 28.10.2015. Filmin premyerası məşhur "Kino Evi"ndə keçmişdir. Filmin çəkilişləri 1992-ci ilin sonunda başlamışdı.Предсказание Эльдара Рязанова . youtube.com, 28.10.2015. 1990-cı illərin əvvəlində "Ryazanov böhranı" hökm sürürdü. "Həsrəti çəkilən səmalar" filminin çəkilişi sayəsində rejissor böyük həcmdə əsəb və gücünü sərf etmişdi. Daha sonra ikinci həyat yoldaşı Ninanın ölümü Ryazanova ən ağır zərbə oldu. Lakin birdən Ryazanovun ağlına gəlir ki, qəmgin notlarla zəngin "Öncəgörmə"ni ekrana gətirmək və əsas rola "Veronikanın iki həyatı" filmində gördüyü fransız aktrisası İren Jakobu çəkmək olar. İren xahiş edir ki, Ryazanovun əvvəlki işlərini ona göstərsinlər. Bir neçə filmə baxdıqdan sonra aktrisa çəkilişə razılıq verir. Sonralar o, etiraf edirdi ki, həmin vaxt ciddi mənəvi sarsıntı yaşayırmış və rus kinorejissorunun filmi ona yenidən qüvvə bəxş edərək həyata qaytarıb. "Öncəgörmə" filminə görə, İren Jakob "Nika" mükafatına namizəd olmuşdu. Fransız əsilli İsveç kinoaktrisası İren Jakob çəkiliş qrupundan Rusiyaya lazım olandan bir qədər tez gəlməsini xahiş etmişdi. O, öz qəhrəmanını yaratmaq üçün tanımadığı ölkəyə bələd olmaq və ənənəvi rus ailəsində yaşamaq istəyirdi. Ekran əsərləri ilə böyük tamaşaçı məhəbbəti qazanmış Ryazanovun bir sıra filmləri çəkildikdən sonra nümayiş olunmamışdı. "Öncəgörmə" filmi onlardan biri idi. Quruluşçu rejissor bununla bağlı məsələyə öz çıxışında belə münasibət bildirmişdi:

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Eldar Ryazanov Ssenari müəllifi: Eldar Ryazanov Quruluşçu rejissor: Eldar Ryazanov Quruluşçu operator: Valeri Şuvalov Quruluşçu rəssam: Aleksey Aksenov Bəstəkar: Andrey Petrov Səs operatorları: Semyon Litvinov, Vladimir Qorlov Prodüserlər: Viktor Qluxov, Jan-Lui Livi, Aleksandr Mnuşkin Baş redaktor: Valeri Frid Montaj edən: Valeriya Belova Geyim rəssamları: İrina Ginno, Alla Oleneva Qrim rəssamları: Vsevolod Jelmanov, Anyes Tassel İkinci rejissorlar: Nikolay Skuybin, Larisa Uryupina İkinci operator: N.Şestinsev Rejissor assistentləri: İ.Tretyakova, Y.Ojeqova, V.Malova, Operator assistenti: S.Fokin Rəssam assistenti: A.Petrov Montaj üzrə assistentlər: M.Afanasova, İ.Vasyutkova, N.Qavrilyuk Redaktor: Nina Skuybina Musiqi redaktoru: Arseni Lapisov Dirijor: Sergey Skripka Şeirlərindən istifadə edilən şair: Eldar Ryazanov Mahnı ifa edən: Aleksandr Malinin

Rollarda Aktyor Rol Oleq Basilaşvili Oleq Vladimiroviç Qoryunov İren Jakob Lüdmila Aleksandrovna Yeqorova Andrey Sokolov Oleqin gəncliyi Aleksey Jarkov İqor Petroviç Poplavski Aleksandr Paşutin bələdçi Roman Karsev vətənpərvər antikommunist Karolin Siol Oksana Zoya Zelinskaya epizod İrena Morozova vağzaldakı qaraçı-öncəgörücü İrina Nekrasova hava limanındakı qaraçı-öncəgörücü Mixail Pyarn rus vətənpərvərləri partiyasının üzvü A. Buzılyeva Sergey Stepançenko taksi sürücüsü A. İqnatov Viktor Yelsov müstəntiq Aleksandr Rezalin qəbiristanlıqdakı adam Zinaida Kulakova S. Vilvovskaya E. Urazgildina

Filmi səsləndirənlər Anna Kamenkova – Lüdmila Aleksandrovna Yeqorova (İren Jakob) (titrlərdə yoxdur)

Mükafatlar və nominasiyalar

Nominasiyalar

1994-cü ilin Nika mükafatı Ən yaxşı qadın roluna görə – İren Jakob

İstinadlar

Mənbə Aлександр Шпагин, Мирослава Сегида, Сергей Землянухин: Фильмы России. Игровое кино. Тв. Видео 1992-2003. Москва: Дубль-Д, 2004. ISBN 5-900902-05-08.

Xarici keçidlər

Предсказание. Megogo.net Эльдар Рязанов на ПРЕДСКАЗАНИИ

Kateqoriya:Rusiya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Melodram filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:Fantastika filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Eldar Ryazanovun filmləri Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:Rusiyanın triller filmləri Kateqoriya:Həkimlər haqqında filmlər Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Fransanın triller filmləri